İyulun 22-si Ümumdünya Beyin Günü kimi qeyd olunur. Bu günlə bağlı yayılan məlumatlarda ən geniş yayılan baş, beyin probleminin miqren olduğu vurğulanır. Türkiyənin nevrologiya uzmanları açıqlamalarında miqren və onun müalicəsi barədə danışıblar. Qeyd olunub ki, baş ağrılarının əsas səbəblərindən biri miqrendir. Məlumatlara görə, hər beş qadından, hər on kişidən biri miqrendən əziyyət çəkir. Miqren insanların həyat keyfiyyətinə təsir edir. Miqren baş ağrısını digər ağrılardan neçə fərqləndirmək olar? Milli.Az e-tibb.az-a istinadən bildirir ki, miqren ağrısı başın bir tərəfindən başlayır. Zonqlayıcı tərzdə olan ağrı saatlarla davam edir. Ürəkbulanma, gündəlik işlərə mane olan, şiddətli baş ağrısı, işığa, səsə qarşı dözümsüzlük miqrenin əsas əlamətləri sayılır. Bildirilir ki, stress, depressiya, hamiləlik, menopauza öncəsi hal, çox parlaq işıq, çirkli, isti hava, atmosferdə, havada olan dəyişkənliklər miqren ağrılarının baş qaldırmasına səbəb olur. Fermentli qidalar, şokolad, quru meyvələr, balıq, alkoqol, kofeinli içkilər, gün ərzində az maye qəbulu miqren tutmalarını şiddətləndirə bilər. Mütəxəssislər miqrenin müalicə olunan xəstəlik olduğunu deyiblər. Bunun üçün sadəcə, insanlar xəstəlik haqda maariflənməli, həyat tərzlərini dəyişməli, tutmalar zamanı düzgün dərman istifadə etməli, kəskin tutmaların qarşısını almaq üçün öncədən tədbir görülməlidir. Xroniki miqrenin müalicəsində isə ən yaxşı metod botulino terapiya (botoks) sayılır. Qeyd olunub ki, bu metodla müalicə olunan xroniki miqren xəstələrinin təxminən 83 faizində yaxşı nəticə qeydə alınıb. Bu müalicəni alanlarda miqrenin tutma sıxlığı və şiddəti əhəmiyyətli dərəcədə azalıb.
Ən çox yayılan beyin problemi - Miqrendən necə qurtulmaq olar?



Kəskin miqren ağrılarına EV ŞƏRAİTİNDƏ SON
Azərbaycan mətbəxində miqrenoz yeməyi aşkarlanıb
Uşaqlarıda baş ağrısının səbəbləri nədir?
DİQQƏT - Bu ərzaqlar baş ağrısına səbəb olur
Baş ağrılarının BİLMƏDİYİNİZ SƏBƏBİ
Bu əlamətlər beyin şişinə işarə edir!
Baş ağrısının 2 ən çox yayılmış səbəbi
Baş ağrılarına diqqət - Bu xəstəliklərin əlaməti ola bilər
Stressin yaratdığı xəstəliklər bunlardır
COVİD keçirən gənclərdə beyin dumanlanması olur
Baş ağrılarının BİLMƏDİYİMİZ SƏBƏBLƏRİ
BAŞ AĞRILARInın ən yayılmış səbəbləri
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 