Tovuz rayonunun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı araşdırmalar davam edir. ONN media xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. “Hazırda həmin cinayət hadisəsi ilə bağlı araşdırmalar davam edir. İstintaqın gedişatında üzə çıxan yeni məlumatlar istintaqın gedişinə mane yaratmayacağı halda ictimaiyyətə açıqlanacaq”, - deyə E.Sultanov bildirib. Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Yanvarın 10-da hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb. İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
Prokurorluqdan Nərminin qətli haqda: Yeni məlumat...



Nərminin qatili azad edilir?
Nərminin qətli ilə bağlı sensasion səs yazısı: Qatil odur
Nərminin qatilində təqsirli bilinən şəxsin məhkəməsinin vaxtı açıqlandı
Kamran Əliyev bu cinayət işini xüsusi nəzarətə götürdü
İlkin Süleymanov istintaqa hansı açıqlama verdi?
Nərmin Quliyevanın qətl işi ilə bağlı YENİ XƏBƏR
Məhkəmə Nərminin qatili ilə bağlı QƏRAR VERDİ
"Yalan deyirlər"- Nərminin əmisindən İlkin Süleymanovun atasına CAVAB
Nərmini qətlə yetirməkdə təqsirləndirilən İlkinin məhkəməsi başladı
Nərmini öldürən şəxsə yeni ittiham irəli sürüldü
"İfadələri alınır" - Nərminin qətli ilə bağlı daha bir AÇIQLAMA
Nərmin Quliyeva cinayəti: İlkin Süleymanovun dustaq yoldaşları DANIŞDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 