“İran ən gözlənilən cavabı gerçəkləşdirdi. Belə görünür ki, şəxsi heyətinin sayı az və raket hücumundan müdafiə sistemi olmayan (yaxud zəif olan) ABŞ hərbi bazaları seçilib ki, həm itki minimal olsun, həm də raketlər hədəfə dəysin. Vurulan bazalardan birində ümumiyyətlə, ABŞ əsgəri olmadığı bildirilir. Pentaqon öz əsgərləri arasında itki olmadığını açıqlayıb”.
ONN media xəbər verir ki, bunu politoloq Şahin Cəfərli İranın İraqdakı ABŞ hərbi bazalarını raket atəşinə tutması ilə bağlı hadisəni şərh edərkən bildirib.
“Süleymaninin cənazəsi basdırılmadan həyata keçirilən hücumda əsas məqsəd qarşı tərəfə ağrılı zərbə vurmaqdan daha çox, İran rejiminin ölkə daxilində və bölgədə öz nüfuzunu qoruması, gücünü göstərməsi olub. Yəni bu hücumun təbliğata və mümkün qədər qarşı tərəfin əks zərbələrinə əsas yaratmamağa hesablanan bir addım olduğu ortadadır.
İndi ABŞ-ın cavab verib-verməyəcəyi önəmlidir. Tramp hadisədən sonra ilk tvitində təmkinli davranıb və səhər açılandan sonra açıqlama ilə çıxış edəcəyini söyləyib. Cavab olarsa, 2 variant var:
1. Bölgədəki – İraq və Suriyadakı İran qüvvələrinin vurulması;
2. İran ərazisində İslam İnqilabı Keşikçiləri Korpusuna aid raket bazalarına zərbə endirilməsi.
İkinci variant iki ölkə arasında müharibə anlamına gələcəyi üçün birinci ehtimalın gerçəkləşmə ehtimalı daha güclüdür. Tramp ümumiyyətlə, cavab verməyərək eskalasiyanı dayandıra da bilər”, – deyə Ş.Cəfərli bildirib.



İsrail qırıcılarını İrana göndərir: bu hədəflər vurulacaq
İranın raket zərbələri: 30 -dan çox amerikalı əsgər...
İran İsrailə 500 dən çox raket atıb
Bayden əmr etdi- İRAN RAKETLƏRİ VURULSUN!
İran Rusiyaya raket kompleksi bağışlayıb - KİV
Zərif bəyənata cavab verdi
Tramp İranı hədələdi
ABŞ-İran müharibəsi başlayır?- ŞOK CAVAB
Trampdan İrana MÜHARİBƏ XƏBƏRDARLIĞI
ABŞ İrana zərbə endirəcək- Şok senari
İran yeni ballistik raket hazırlayıb
ABŞ bazasına raket zərbələri endirildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 