İraq Rusiyadan S-400 zenit raket kompleksi almağın imkanlarını araşdırır.
ONN media xəbər verir ki, bu barədə “The Wall Street Journal” informasiya yayıb.
İraqlı millət vəkillərinə istinadən verilən xəbərdə bildirilib ki, iki ölkənin səlahiyyətli şəxsləri arasında bu məsələyə dair görüşlər keçirilir.
Məqalədə İraq Parlamenti Təhlükəsizlik və Müdafiə Komissiyasının üzvü Kərim Ələvinin açıqlamalarına yer verilib: “Rusiya ilə S-400 məsələsini müzakirə edirik. Amma hələ ki, müqavilə imzalanmayıb. Amerikalıların lazımii silahları almamıza yardım etməməsilə bizi bir çox halda kədərləndirməsi fonunda bu sistemləri almağımız vacibdir. Bir iraqlı rəsmi S-400-lərlə bağlı görüşlər keçirmək üçün Rusiyaya getmişdi. Amma İraqdakı etiraz aksiyalarından sonra Baş nazir Adil Əbdülmehdinin istefa verməsi böhrana səbəb oldu və müzakirələr təxirə salındı”.
Lakin millət vəkilləri ABŞ-ın İraqı tərk etmək ehtimalına görə sistemlərin alışının yendiən gündəmə gətirilməsini istəyib.
Komissiyanın üzvlərindən Əbdülxaliq əl Əzzəvi Baş nazirə istədiyi hər hansı bir ölkədən hava hücumundan müdafiə sistemləri almaq və bunun üçün vəsait xərcləmək səlahiyyətini verdiklərini bildirib.
“The Wall Street Journal” daha əvvəl görülən təcrübəyə əsasən, İraqın bu sistemlər alacağı təqdirdə, sanksiyalara məruz qalacağını qeyd edib



İraq S-400 alır?
Deputatlar özləri üçün ömürlük pasport istədi
16 ölkədən İraqa etiraz
İrəvan Hindistandan yeni raket kompleksi alır
İraqdan ABŞ-a çağıdış- TƏRK EDİN!
Bağdad Sincardakı PKK silahlılarını təmizləyir
Kərkükə 3 raket atıldı: 1 nəfər öldü, onlarla əsgər yaralandı
AB-dən Rusiyaya böyük zərbə
Erməni nazir Rusiyaya yollandı
Baş nazir istefa verməyə hazırlaşır
İraq ordusundan İŞİD-ə qarşı son həmlə
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 