Avropa Şurası Mərkəzi Seçki Komissiyası (MSK) ilə birlikdə jurnalistlər üçün “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyası təşkil edib.
ONN media xəbər verir ki, tədbir Avropa Şurasının “Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartların təşviqi” layihəsi çərçivəsində həyata keçirilir. Tədbirin əsas məqsədi Azərbaycanda 9 fevralda keçiriləcək parlament seçkiləri öncəsi jurnalistlərin gender bərabərliyinə də xüsusi diqqət yetirərək, seçkinin mediada işıqlandırılması sahəsində Avropa Şurası standartlarına dair məlumatlılığını artırmaqdır. Tədbirdə 30-dan çox media qurumunun rəhbəri, eləcə də dövlət qurumlarının və diplomatik missiyaların nümayəndələri, beynəlxalq və yerli ekspertlər iştirak edir.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirb ki, tədbirin keçirilməsi Avropa Şurası ilə əməkdaşlığın tərkib hissəsidir. O, media nümayəndələrinə göstərdikləri fəaliyyətdən dolayı təşəkkür edib.
MSK sədri bildrib ki, yanvarın 15-dək 1534 nəfərin namizədliyi dairə seçki komissiyaları tərəfindən qeydə alınıb:
“Seçki prosesi ilə bağlı indiyədək olan bütün göstəricilər rekord rəqəmlərdir. Ona görə də MSK-nın və aşağı seçki komissiyalarının fəaliyyəti müsbət mənada gərgin şəkildə keçir. Bizim mətbuatla keçirdiyimiz tədbirlər MSK tərəfindən ən yüksək qiymətləndirilən tədbirlər olur. Bütün seçki subyektləri öz fəaliyyətini bu istiqamətdə qurmalıdır. Media orqanları yeganə qurumdur ki, əvvəldən axıradək heç bir akkreditasiya olmadan seçkiləri müşahidə etmək imkanına malidir”.
MSK sədri yanvarın 17-də qeydiyat prosesinin başa şatdığını və təbliğat-təşviqat proseisnin başlayacağını vurğulayıb. O, təbliğat-təşviqat prosesinin daha çətin bir proses olduğunu vurğulayıb:
“Bu mərhələdə biz sizdən daha çox məlumat gözləyirik. Təşviqat mərhələsi digər mərhələlərdən heç də az əhəmiyyət kəsb etmir”.



Bu dairələrin seçkiləri ləğv edilir?
Azərbaycanda seçicilərin son sayı açıqlandı
Səməd Seyidova YENİ VƏZİFƏ verildi
Bu namizədlərin adının üstündən xətt çəkiləcək - Məzahir Pənahov
MSK-nın iclası başladı – Bu məsələlər müzakirə olunur
MSK namizədlərin siyahısını bu tarixdə dərc edəcək - AÇIQLAMA
Məzahir Pənahovdan seçki ilə bağlı açıqlama
Beynəlxalq müşahidəçilərin sayı açıqlandı
Elmar Məmmədyarov AŞPA prezidenti ilə görüşdü
"Avropa mediasında feyk məlumatlara qarşı mübarizə” layihəsi çərçivəsində təlimlər keçirilib - FOTOLAR
Komitə sədrindən İRAD: Qadınların başına gələnlər şou kimi təqdim edilir
Məzahir Pənahovun yeni müavini seçildi
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı 