İbrahim Süleymanov: "Oğlumu şərləyiblər, cinayəti zorla boynuna qoyublar" Tovuzun Dondar Quşçu kəndində baş verən Nərmin Quliyeva cinayətinə görə həbs olunan İlkin Süleymanovun atası İbrahim Süleymanov AYNA-nın redaksiyasına məktub göndərib. O, baş verənlərlə bağlı ölkə başçısına açıq müraciət edir. Müraciətdə deyilir: “Mən, kəndimizin 49 il müəllim işləmiş ziyalı ağsaqqalı kimi xalqıma və cənab Prezidentimə müraciət edirəm. Bildirirəm ki, mənim oğlumu şərlədilər. Cənab Prezident, yanvar ayının 6-da oğlumu həbs ediblər, amma istintaqda göstəriblər ki, yanvarın 10-u həbs olunub. Dörd gün oğluma ağır işgəncələr verilib, cinayət zorla boynuna qoyulub. Ona görə də bu 4 gün həbs müddətini sənəddə göstərmirlər. Həmin 4 gün müddətində heç kimi oğlumla görüşməyə qoymayıblar. İlkinin atası kimi yox, bir müəllim kimi xalqıma müraciət edirəm. Oğlum institutu bitirib kəndə gələrək mənim qulluğumda durubsa, ona xəstə, manyak deyilərmi? Oğlum ixtisasça iqtisadçı-kibernetikdir, Tovuzda, kənddə bu ixtisasla nə işləşin? Ata-anasına baxan, kənddə təsərrüfatla məşğul olan manyak olursa, o zaman Azərbaycanda universitet oxuyub, ixtisası üzrə işləməyən, təsərrüfatla məşğul olan hər kəsə manyak deməliyik? Bir daha cənab Prezidentimizə və xalqımıza müraciət edirəm. Şər-böhtan atılaraq, işgəncələrlə boynuna qoymaq yolu ilə cinayəti ört-basdır edirlər. Bu, bizim Nərmin balamıza da, Azərbaycan xalqına da hörmətsizlikdir. Azərbaycan xalqına qarşı ən ağır cinayət budur ki, cinayətin üstünü açmaqdansa, cinayəti ört-basdır edirlər. İndi çöldə gəzən cinayətkar daha neçə balamızı qurban edəcək?! Cənab Prezident başda olmaqla, hamıdan bu cinayətin açılmasına kömək etməyinizi xahiş edirəm”.
Nərminin ölümündə təqsirləndirilən şəxsin atası: "Əsl cinayətkar azadlıqdadır"



Nərminin qatili azad edilir?
Nərmin Quliyeva cinayətində son durum
Bu gün Nərminin qətlində təqsirləndirilən şəxsin şikayətinə baxılacaq
Məhkəmə Nərminin qatili ilə bağlı QƏRAR VERDİ
Nərmin Quliyevanın qətl işi ilə bağlı YENİ XƏBƏR
Nərmini öldürməkdə ittiham olunan İlkin Süleymanov AZADLIĞA BURAXILIB? — QARDAŞINDAN AÇIQLAMA
Nərmin Quliyeva cinayəti: İlkin Süleymanovun dustaq yoldaşları DANIŞDI
İlkinin polis əmisi oğlu işdən çıxdı – Şok səbəb
Nərmini öldürən şəxsə yeni ittiham irəli sürüldü
"Yalan deyirlər"- Nərminin əmisindən İlkin Süleymanovun atasına CAVAB
Nərminin qatilində təqsirli bilinən şəxsin məhkəməsinin vaxtı açıqlandı
"Nərmin sağdır, Gürcüstana aparıblar..." - İlkin Süleymanovun məhkəməsində ŞOK İFADƏ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 