İspaniyada keçirilən yeni bir araşdırmada məlum olub ki, hamiləlikdə sərt qabıqlı qoz-fındıq yemək uşaqların zəkasının inkişafına daha müsbət təsir göstərir. ONN media xəbər verir ki, Barselona Qlobal Səhiyyə İnstitutunda aparılan tədqiqatda hamiləliyin ilk 3 ayında sərt qabıqlı qoz-fındıq yeyən anaların uşaqlarının zəkasının və yaddaşının daha yaxşı inkişaf etdiyi müşahidə olunub. Tədqiqat İspaniyada 2200 hamilə qadın və uşaqları üzərində aparılıb. Ana olmağa hazırlaşan qadınlar hamiləliyin ilk 3 ayında həftədə 3 dəfə 30 qrama qədər qoz-fındıq yeyib. Araşdırma rəhbəri Florens Jinyakın sözlərinə görə, uşağın beyninin inkişafı üçün hamiləlikdə qoz-fındıq kimi çərəzlər vacibdir. O, tədqiqatla bağlı bunları deyib: "Hamiləlik müddətində beyin bir sıra mürəkkəb prosesdən keçir. Ananın qidalanması uşağın beyin inkişafında mühüm amildir və uzunmüddətli təsirləri olur. Araşdırmada qoz, badam, fındıq, fıstıq və şam fıstığı kimi sərt qabıqlı çərəzlərin təsirləri öyrənilib. Bu çərəzlər yüksək miqdarda fol turşusu, omeqa-3 və omeqa-6 kimi yağ turşuları ehtiva edir. Odur ki, bu maddələr beyin toxumalarında, xüsusilə beynin ön hissəsində toplanır. Bu hissə yaddaş və digər funksiyalardan cavabdehdir. Qoz, fındıq və fıstıq kimi çərəzlər yeniyetmələrdə yüksək təzyiq, oksidativ stress və diabet riskini azaltmaqla yanaşı, yaşlılıqla bağlı yaranan zehni zəifliyin qarşısını alan qoruyucu xüsusiyyəti ilə tanınır".
Hamiləlikdə bunu yemək uşaqların zəkasını güclü edir - ELMİ ARAŞDIRMA



Fındığın inanılmaz faydası- XƏRÇƏNGƏ YOLUXMA RİSKİNİ AZALDIR
Bunu edən anaların övladları daha AĞILLI OLUR
Çiy fındığın bilinməyən faydaları
Övladınızın zehnini açacaq - 10 QİDA
Bir ovucdan artıq yeyilməsi orqanizmə ziyandır
Hamiləlikdə qızılcaya yoluxma olarsa, körpəsi virusla doğula bilər? - AÇIQLAMA
Zaqatalada II Beynəlxalq fındıq, qoz və şabalıd festivalı başlayır
Mütləq alma yeyin...
Depressiyanın əlacı tapıldı
Hamilə qadınlar niyə 12-ci həftədən sonra peyvənd olunmalıdır? - RƏSMİ CAVAB
İsveçrə şirkətləri Azərbaycana gəlir - Fındıq idxalı müzakirə ediləcək
Ərdoğan: Türkiyə, Azərbaycan və Gürcüstan fındıq istehsalı sahəsində...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 