ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger 20 yanvar faciəsinin qurbanlarının xatirəsini anıb.
ONN media xəbər verir ki, bu barədə ABŞ-ın Bakıdakı səfirliyi Feysbuk səhifəsində məlumat yayıb.
"Bu gün 30 il bundan əvvəl yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı, telefon və radio xətləri kəsildi. Azərbaycan dünyadan təcrid edildi və 26000 Sovet qoşunu Kremlin göstərişi ilə Bakıya daxil oldu. SSRİ öz varlığını qorumaq üçün bu cür tədbirlərə əl atdı və nəticədə rəsmi hesablamalara görə 800 nəfər vətəndaş yaralandı və 147 nəfər həlak oldu. Bu cür çətin vaxtda və Azərbaycanın informasiya blokadasında olan ağır günlərdə Azadlıq radiosunun mühüm işini də vurğulamaq istəyərdik. Radio Mirzə Xəzərin rəhbərlliyi ilə Bakıdan gündəlik xəbərlər yaymağa və Azərbaycan gerçəklərini dünyaya çatdırmağa nail olmuşdu. İnformasiya qıtlığının olduğu kritik günlərdə Azadlıq radiosu yeganə informasiya mənbəyi idi. Yerli yazarlardan biri Mirzə Xəzərin 20 Yanvar hadislərini işıqlandırmasını belə qiymətləndirmişdi: “Mirzə Xəzər – 20 yanvarda ölməkdə olan Azərbaycan xalqına Allahın bəxş etdiyi ilahi səsi ilə ümid verdi", - səfirliyin məlumatında bildirilib.



Azərbaycanda televiziya və radiolarda çalışanların sayı açıqlanıb
Britaniya səfiri Şəhidlər xiyabanını ziyarət etdi
AzTV yeni yayım formatına keçəcək
SON DƏQİQƏ - Məşhur azərbaycanlı aparıcı dünyasını dəyişdi
Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsi yad edildi
Qarabağda radio açmaq istəyənlərin adları məlum oldu - SİYAHI
Türkiyədə 20 Yanvar faciəsinin qurbanları yad edildi
Hikmət Hacıyev Türkiyədə səfərdədir
Lider TV telekanalının yayımı dayandırıldı
Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
TÜRKPA 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb
Onlar mütləq cəzalandırılmalıdır- XİN
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 