Əziz dostlar, hörmətli Nərimanov rayonunun seçiciləri! Mən, Adil Abış oğlu Əliyev, 20 saylı Nərimanov ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə 9 fevral 2020-ci il tarixində keçiriləcək seçkilərdə yenidən namizədliyimi irəli sürmüşəm! Bildiyiniz kimi cari il fevralın 9-na ölkəmizdə Milli Məclisə növbədənkənar seçkilər təyin edilmişdir. Mən millət vəkili olmağın nə qədər məsuliyyətli və bu işin nə qədər şərəfli olduğunu yaxşı dərk edirəm! Düşünürəm ki, hazırki Azərbaycan Milli Məclisi öz səlahiyyətləri çərçivəsində də xeyli işlər görmüşdür. Mən deputatlığın və qanunvericilik fəaliyyətinin nədən ibarət olduğunu yaxşı bilir, iqtisadiyyat və bu sahənin hüquqi tənzimlənməsi haqqında kifayət qədər biliklərə malikəm. Lakin ölkənin gələcək inkişaf modelinə bu gündən hazırlaşmaq və cənab Prezident İlham Əliyevin daxili və xarici siyasət kursunu dəstəkləməyi, Sizlərin isə etimadını bir daha doğrultmağı özümə borc bilirəm! VI çağırış Milli Məclisə növbəti dəfə üzv seçiləcəyim təqdirdə bunun seçicilərimə, bütövlükdə sakinlərimizə faydalı olacağına inanıram! Siyasətlə məşğul olan bir insan kimi qeyd etməliyəm ki, parlamentə növbəti dəfə üzv seçiləcəyim təqdirdə görəcəyim konkret işlər haqqında fikirlərimi Sizinlə bölüşmək istərdim! Əziz seçicilər, bu gün Azərbaycanda, eləcə də Nərimanov 20 saylı ikinci seçki dairəsində dövlətimizin sosial-iqtisadi kursu uğurla həyata keçirilir, abadlıq işləri aparılır, vətəndaşlarımızın problemləri yerində həll edilir. Düzdür, müəyyən qədər həll olunmamış problemlər də qalmaqdadır. Biz öz siyasi mədəniyyət səvviyyəmizi yüksəltməli və bunu günümüzün normasına çevirməliyik. Bütün bunlarla yanaşı, təbii ki, dövlətimiz Qarabağ münaqişəsinin ərazi bütövlüyümüz və sərhədlərimizin toxunulmazlığı çərçivəsində siyasi həllinə də ciddi səy göstərir və Azərbaycan diplomatiyası ağır beynəlxalq danışıqlar prosesində ərazi bütövlüyümüzün danışıqlar prosesinin predmeti olmadığını əminliklə və qətiyyətlə bəyan edir. Bu sahədə Azərbaycan dövləti, başda Ali Baş Komandan cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan əleyhinə olan xarici qüvvələrlə öz mübarizəsini davam etdirir və mən bu mübarizədə özümü dövlətimizin bir əsgəri hesab ediriəm! İqtisadi sferaya qayıdaraq qeyd etmək istərdim ki, son illər ərzində Azərbaycan dövlətinin makroiqtisadiyyat sahəsində əldə olunan müsbət naliyyətlərin effekti sosial sahədə də öz əksini tapmışdır! Büdcə gəlirlərinin artırılması və əhalinin maddi təminatının yaxşılaşdırılması bu faktı bir daha sübut edir. Ölkəmizin xammal ehtiyatlarından, təbii sərvətlərindən səmərəli istifadə edilməsi, bu sahələrdən əldə edilən gəlirlərin mühüm hissəsinin əhalinin ehtiyaclarının ödənilməsinə və yeni istehsal sahələrinin yaradılmasına sərf olunması göz qabağındadır. Əminəm ki, Milli Məclisə bir daha seçiləcəyim təqdirdə həyata keçirə biləcəyim xeyli işlər də vardır. Mənim üçün aktiv siyasi fəaliyyət heç də seçki ilə başlamır və seçki ilə bitmir. Əslində mənim üçün aktiv siyasi fəaliyyət seçkidən sonra başlanacaq! Əziz seçicilər! Seçim sizlərindir! Bu seçimdə Tanrı bizlərin hər birinə kömək olsun! Dərin hörmətlə, Sizin Adil Əliyev! Sizlərdən biriyəm, Sizinləyəm!
Adil Əliyev seçicilərinə MÜRACİƏT ETDİ



Adil Əliyev layiqli namizədlərdəndir- Çünki...
Parlament seçkilərinin vaxtı təyin edildi
MSK bu şəxslərə çağırış etdi
MM buraxıldı: Seçkilərin vaxtı açıqlandı
ŞABRANDA MÖHTƏŞƏM SEÇKİ GÖRÜŞLƏRİ – Adil Əliyev gənclərə çağırış etdi
Mehriban Əliyeva seçkilərlə bağlı paylaşım etdi
Bu namizədlərə xəbərdarlıq edildi
Naxçıvan Ali Məclisi də buraxılacaq?
Naxçıvanda dörd deputatlığa namizədə xəbərdarlıq edilib
Prezident və ailəsi səs verdi
Milli Məclisin şöbə müdiri işdən çıxdı
Deputatlar MM- ə çağırıldı- SƏBƏB?
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək 