Yeni Azərbaycan Partiyasının (YAP) 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizədi, eyni zamanda hakim partiyanın ən yaxşı təbliğat-təşviqat kampaniyası aparan namizədlərindən biri olan Sadiq Qurbanov yanvarın son günündə bir neçə möhtəşəm görüş keçirib. ONN media bildirir ki, ilk görüş Şabran Şəhərinin mədəniyyət sarayında rayon gəncləri və idmançıları ilə olub. Bu görüşdə S.Qurbanova dəstək üçün müstəqil millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev də iştirak və çıxış edib. O və digər çıxışçılar - Telman Bayramov, Zeynal Zeynalov, Müşviq Cəfərov və Avropa çempionu Məmməd Salamov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idmançılara göstərdikləri qayğıdan razılıqlarını qeyd edib, 9 fevral seçkilərində bütün gəncləri və idmançıları YAP-ın namizədinə səs verməyə çağırıblar. “Dostlar, təbliğat-təşviqat dövründə, iş qrafikimizin zəngin olmasına baxmayaraq, dostlarımızla bərabər bir neçə rayonda olduq. Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədlikləri irəli sürülmüş iki dəyərli dostumun - Şabran-Siyəzən darəsindən Sadiq Qurbanov və Xaçmaz dairəsindən Eldəniz Səlimovun seçki kampaniyasında iştirak edib, onlara uğurlar arzu etdim. Hər iki dostumun seçiciləri tərəfindən necə sevildiyinin şahidi oldum. Allah yolunuzu açıq etsin, əziz dostlarım”, - Adil Əliyev daha sonra “Feysbuk” səhifəsindən yazıb. Şabran şəhərinin mədəniyyət sarayında daha bir görüş isə rayonun mədəniyyət sahəsində çalışan fəallarla olub. S.Qurbanov həmin gün daha sonra Şabran rayonunun Qələgah və Ləcədi kəndlərinin sakinləri görüşüb. “Çox pozitiv düşüncəli bu insanlarla xeyli söhbət etdik. Onlar da dövlətimizdən çox razı qaldıqlarını bildirərək, az da olsa problemlərinin olduğunu da nəzərimizə çatdırdılar”, - namizəd bildirib.
ŞABRANDA MÖHTƏŞƏM SEÇKİ GÖRÜŞLƏRİ – Adil Əliyev gənclərə çağırış etdi



ƏN YAXŞI KAMPANİYA APARAN YAP NAMİZƏDİ - 2 gündə 10 kənddə görüş keçirib (FOTOLAR, VİDEO)
Sadiq Qurbanov Siyəzəndə seçicilər ilə görüşüb
Gəncədə aksiya keçirilir
Milli Məclisin komitə sədri şəhid ailələri ilə görüşüb
Mehriban Əliyeva seçkilərlə bağlı paylaşım etdi
Deputatlığa namizəd Qüdrət Nuriyev cəbhə bölgəsində bir sıra görüşlər keçirib (FOTOLAR)
Prezident və ailəsi səs verdi
Prezident və ailə üzvləri səs verdi
Adil Əliyev layiqli namizədlərdəndir- Çünki...
YAP niyə bu dairələrdən namizəd irəli sürmədi? – SƏBƏB
YAP ödənişsiz efir vaxtından imtina etdi
YAP-ın namizədlər siyahısında YENİ ADLAR VAR - SİYAHI
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 