20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Belçikanın Paytaxt Regionunun Hərbi komandanlığının iştirakı ilə Brüssel şəhərində yerləşən "Konqres sütunu" (Colonne du Congrès) memorial kompleksinin yanında dəfn olunmuş naməlum əsgərin məzarı önündə təntənəli anım mərasimi təşkil olunub. ONN media xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Belçikadakı Səfirliyi və NATO yanında nümayəndəliyinin əməkdaşları və Belçikada yaşayan Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər. Mərasim zamanı çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet Ordusunun Bakıda törətdiyi qanlı hadisələr, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə məlumat verərək, sovet ordusunun törətdiyi qanlı hadisələrdən dərhal sonra Ulu Öndər Heydər Əliyevin Moskvada bu amansız cinayətə öz etirazını bildirməsini xatırladıb və bütün bu proseslərin Azərbaycanın öz müstəqilliyinə doğru atdığı addımları sürətləndirdiyini, ölkəmizdə müstəqillik hərəkatının daha geniş vüsət almasına şərait yaratdığını qeyd edib, doğma vətənin hazırkı inkişaf mərhələsində o günlərin tarixi təcrübəsinin nəzərə alınmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sonra Hikmət Hacıyev tərəfindən Belçika hərbçilərinin müşayiəti ilə naməlum əsgərin məzarı önünə əklil qoyulub və əbədi məşəl alovlandırılıb, Azərbaycan Respublikası və Belçika Krallığının dövlət himnləri səsləndirilib. Mərasimin sonunda H.Hacıyev tərəfindən memorial kompleksinin xatirə kitabında 20 Yanvar faciəsi barədə qeyd yazılıb.
20 Yanvar faciəsi Brüssel şəhərində təntənəli şəkildə anılıb



Hikmət Hacıyev Bağdad Amreyevlə görüşdü
Bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq - Hacıyev
Hikmət Hacıyev səs verdi
Hikmət Hacıyev NATO rəsmisilə görüşdü
Diplomatlar Füzuli rayonunun Merdinli kəndində
Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə görüşəcək
TÜRKPA 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb
Bu gün Hikmət Hacıyevin 41 yaşı tamam olur
120-dən artıq diplomatın Füzuliyə səfəri təşkil olunur - Hacıyev
Energetika Nazirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü anılıb
Hikmət Hacıyev Brüsseldədir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 