Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva ONN media-ya bildirib ki, Azərbaycan Respublikasının Energetika Nazirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə anım mərasimi keçirilib.
Mərasim Azərbaycanın müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükutla başlanıb. Daha sonra çıxış edən energetika nazirinin müavini Samir Vəliyev 29 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı Sovet imperiyasının silahlı birləşmələrinin törətdiyi cinayətlərdən danışaraq, 20 Yanvar hadisəsini milli tariximizin qəhrəmanlıq səhifələrindən biri kimi qiymətləndirib.
Mərasimdə 20 Yanvar faciəsinə ilk siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyi qeyd edilib. Bilidirilib ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini daim uca tutur. Şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin dövlət səviyyəsində həlli, onların sosial təminatının ildən-ilə daha da möhkəmləndirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biridir.
Anım mərasimi 20 Yanvar faciəsindən bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.



Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsi yad edildi
Şuşada 20 Yanvar faciəsinin ildönümü qeyd olundu - VİDEO
20 yanvar Şəhidləri Belqradda da anıldı
TÜRKPA 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb
Ordumuzda 20 Yanvarla bağlı silsilə tədbirlər keçirildi
Şəhid ailələrinə və əlillərə birdəfəlik yardım göstərildi
Dmanisidə Qanlı Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilib
Elçin Quliyev Şəhidlər Xiyabanını ziyarət edib
Azərbaycanda bir dəqiqəlik sükut oldu
Ədliyyə Nazirliyində 20 Yanvar faciəsinin 30 -cu ildönümünə həsr olunmuş anma mərasimi keçirilib
Energetika Nazirliyində bu məsələlər müzakirə edilib
Zərdabda Xocalı faciəsinin anım günü keçirildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 