Dövlət İmtahan Mərkəzi “Yüksəliş” müsabiqəsində ikinci – onlayn seçim mərhələsinə hazırlaşmaq üçün proqram və ədəbiyyat siyahısını açıqlayıb. Mərkəzdən ONN media-ya verilən məlumata görə, “Yüksəliş” müsabiqəsində qeydiyyat mərhələsini uğurla başa vuran iştirakçılar onlayn seçim mərhələsində iştirak etmək hüququ qazanırlar. Bu mərhələdə iştirakçıların tələb olunan intellektual biliklərə sahib olması, idarəçi olmaq üçün lazımi xüsusiyyətləri əhatə edən şəxsi keyfiyyətləri qiymətləndirilir. Onlayn test tapşırıqları iki hissəyə bölünməklə ümumi biliklər (Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi, coğrafiyası, hüquq və iqtisadiyyatı) və qabiliyyət testləri (verbal və rəqəmsal məlumatların təhlili, mücərrəd düşüncə, düşüncə sürəti) formatında keçiriləcək. İmtahanlara hazırlaşmaq üçün müvafiq proqram və ədəbiyyat siyahısı http://dim.gov.az/upload/iblock/165/165677805996bdc56ea3ead526b8a34b.pdf linkində yerləşdirilib. Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün qeydiyyat 2020-ci il 2 fevral saat 18.00-dək davam edəcək. Müsabiqə haqqında ətraflı məlumatı yukselish.az saytından əldə edə bilərsiniz.
“Yüksəliş” müsabiqəsinə hazırlaşmaq üçün proqram və ədəbiyyat siyahısı açıqlandı



İkinci “Yüksəliş” müsabiqəsinin ilk sınaq imtahanı keçirilib
Magistr olmaq istəyənlərin DİQQƏTİNƏ!
Magistraturaya qəbul olunanların NƏZƏRİNƏ: iyulun 5-dək...
DİM Magistraturaya qəbul olmaq istəyənlərə müraciət etdi
DİM-dən sınaq imtahanları ilə bağlı açıqlama
Buraxılış və qəbul imtahanları çətin olacaq
Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Nazirdən “Yüksəliş” müsabiqəsi ilə bağlı gənclərə MÜRACİƏT
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ
Bu ixtisas qrupunda qəbul proqramına dəyişiklik edildi
Qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul üçün qeydiyyat vaxtı açıqlandı
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edild
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 