Xırdalanda iki azyaşlını vuran sürücü barəsində həbs-qətimkan tədbiri seçilib.
ONN media xəbər verir ki, yanvarın 23-də Xırdalan şəhəri ərazisində səki ilə hərəkət edən piyadalar - 2005-ci il təvəllüdlü Asu Səbzəliyeva və 2006-cı il təvəllüdlü Fidan Orucovanı avtomobillə vurub onlara bədən xəsarətləri yetirməkdə təqsirli bilinən Cəmil Bəylərov məhkəmə qarşısına çıxarılıb.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə C.Bəylərov barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, məlum hadisə yanvarın 23-də saat 14 radələrində Xırdalan şəhəri ərazisində qeydə alınıb. Cəmil Bəylərovun idarə etdiyi “Mercedes-Benz” markalı, 99-KR-546 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək səki ilə hərəkət edən piyadalar - 2005-ci il təvəllüdlü Asu Səbzəliyeva və 2006-cı il təvəllüdlü Fidan Orucovanı vurub.
Xəsarət alan piyadalar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla hadisənin C.Bəylərov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, zərərçəkənlər orta məktəb şagirdləri olub.



İmişlidə 5 nəfəri vuran sürücü həbs edilib
Səkidə dayanan insanları vuran sürücü həbs olundu
Bakıda dəhşətli qəzaya görə hər iki sürücü HƏBS EDİLDİ
DYP bu şəxslərə müraciət etdi
Rəşad Dağlının həbs müddəti yenidən uzadıldı?
Rəşad Dağlı istintaq təcridxanasına köçürüldü
DYP hərbçilərin öldüyü qəza ilə bağlı MƏLUMAT YAYDI- ADLAR AÇIQLANDI
Azərbaycanda polis əməkdaşları qəzaya düşdü: Ölən və yaralanan var - YENİLƏNİB
Bakıda dəhşətli qəzaya səbəb olan sürücü barəsində qərar verildi
Binədəki avtobus qəzasının günahkarlarının aqibəti necə oldu?
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - 4 yaşlı oğlu və 19 yaşlı baldızı ilə birgə öldü
Azərbaycanda ölümə səbəb olan polis HƏBS EDİLDİ
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 