Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücü və piyadalara müraciət edib.
BDYPİ-nin rəsmisi Mübariz Ağayev ONN media-ya bildirib ki, piyadaların yol hərəkəti qaydalarına riayət etməməsi növbəti dəfə faciə ilə nəticələnib.
Belə ki, avqustun 26-sı saat 23:00 radələrində Bakı şəhər sakini Faiq Quliyev idarə etdiyi “Toyota Prius” markalı 77-PJ-712 dövlət qeydiyyat nişanlı avtomobillə paytaxtın Səbail rayonunda hərəkətdə olarkən yolu keçən üç nəfər piyadanı vurub.
Nəticədə Türkiyə vətəndaşı, 1978-ci il təvəllüdlü Yusif Türksoy hadisə yerində həyatını itirib, digər piyadalar – 1987-ci il təvəllüdlü Əhmədova Xəyalə Fərman qızı və 1988-ci il təvəllüdlü İsmayılova Gülnar Muxtar qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
"Təəssüf ki, qeyd olunan yol-nəqliyyat hadisəsinin baş vermə səbəblərindən biri də, yuxarıda adları qeyd olunan şəxslərin ərazidə yeraltı piyada keçidinin olmasına baxmayaraq, avtomobillərin intensiv və yüksək sürətlə hərəkət etdiyi yolu piyadalar üçün nəzərdən tutulmayan yerdən keçməyə cəhd göstərmələri olub.
Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edərək onları sözügedən yol qəzasının baş vermə səbəblərindən düzgün nəticə çıxarmağa, yol hərəkəti qaydalarına istisnasız əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağa çağırır", - DYP rəsmisi vurğulayıb.



Azəzrbaycanda DƏHŞƏTLİ QƏZA: Bir ailənin 4 üzvü...
Ağır yol qəzası zamanı ölənlərin adları açıqlandı
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - 4 yaşlı oğlu və 19 yaşlı baldızı ilə birgə öldü
DYP hərbçilərin öldüyü qəza ilə bağlı MƏLUMAT YAYDI- ADLAR AÇIQLANDI
Bakıda QORXUNC GECƏ: 3 nəfər öldü
Avtobus qəzası zamanı yaralananların siyahısı
Bakıda FACİƏVİ OLAY: Ölənlər var
Yol polisi piyadalara müraciət etdi
Avtomobil 15 yaşlı gənci vurdu
Laçında yol qəzası olub- Ölənlər var
Azərbaycanda FACİƏ: 4 nəfər maşının altında qalıb öldü
Oğuzda yol-nəqliyyat hadisəsi olub - YARALI VAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 