Bakıda səkidə dayanan insanları vuran sürücü həbs olunub.
ONN media xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb.
Bildirilib ki, avqustun 16-da saat 01:45 radələrində paytaxtın Xətai rayonu ərazisində 1995-ci il təvəllüdlü Elşən Şahverdiyev idarə etdiyi atasına məxsus “Mercedes Benz E 220” markalı 99-FN-212 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək səkidə 1985-ci il təvəllüdlü Azər Mirzəyev, 1967-ci il təvəllüdlü Fuad Şirinov və 1988-ci il təvəllüdlü Samir Mustafayevi vurub, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər şəxslər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilib, şahidlərin və sürücünün ifadəsi alınıb, zəruri sənədlər toplanaraq cinayət işinə əlavə edilib və digər istintaq hərəkətləri yerinə yetirilib.
E.Şahverdiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.



Xırdalanda məktəbliləri vuran sürücüdən xəbər var
İmişlidə 5 nəfəri vuran sürücü həbs edilib
Bakıda tələbələrin ölümünə səbəb olan şəxs tutuldu - RƏSMİ MƏLUMAT
Avtobus qəza törətdi - ÖLƏN VAR
2 uşağı öldürən sürücü həbs olundu
Azərbaycanda sabiq icra başçısının bacısı oğlu həbs edildi - BU ƏMƏLƏ GÖRƏ
Hərbiçimizin ölümü ilə bağlı cinayət işi açıldı
Bakıda təcili tibbi yardım maşını dəhşətli qəza törətdi - ÖLƏN VAR
Zabratda avtobus sürücüsü qəza törədərək hadisə yerindən qaçdı
Bakı-Qazax yolunda ağır qəza - ÖLƏN VAR
Heydər Əliyev prospektində ağır qəza - ÖLƏN VAR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 