“OPEC+” formatı çox səmərəlidir və Azərbaycan bu formatın işində fəal iştirak edir". ONN media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Dünya İqtisadi Forumu çərçivəsində Davosda Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibəsində bildirib. Dövlət başçısı deyib ki, “OPEK+” bu gün neftin ədalətli qiymətini müəyyənləşdirməyə kömək edən çoxtərəfli əməkdaşlığın uğurlu formatıdır. Neft bazarının iştirakçıları arasındakı sövdələşmə öz səmərəsini göstərdi. Onu uzatmaq gərəkdir. - Yaxın Şərqdə müşahidə olunan gərginlik nəzərə alınmaqla bu il neftin qiymətinin hansı dinamikasını gözləmək olar? - Proqnoz vermək çətindir. Düşünürəm ki, qiymətlərin bugünkü səviyyəsi həm istehsalçıları, həm də istehlakçıları qane edir. Azərbaycana gəldikdə, bu il bizim büdcəmizdə neftin bir barrelinin qiyməti 55 dollar nəzərdə tutulub. Lakin indi qiymət xeyli yüksəkdir. Buna görə də düşünürəm ki, əgər hər hansı forsmajor vəziyyət yaranmasa, qiymət 55-65 dollar diapazonunda qalacaq. Üstəlik, “OPEC+” formatı çox səmərəlidir və Azərbaycan bu formatın işində fəal iştirak edir. Biz öz üzərimizə götürdüyümüz öhdəliklərlə əlaqədar hasilatı azaldırıq və mahiyyət etibarilə bu gün OPEC-ə daxil olmayan ölkələr də özlərini OPEC üzvləri kimi aparırlar. Buna görə də “OPEC+” çoxtərəfli əməkdaşlığın olduqca uğurlu formatıdır və bizim fikrimizcə, mahiyyət etibarilə, bu gün neftin qiymətinin ədalətli olduğunu müəyyənləşdirib. - Sizin fikrinizcə, “OPEK+” sazişinin müddətini uzatmaq lazımdırmı? - Əlbəttə, bu məsələ ən yaxın vaxtlarda müzakirə ediləcək. Lakin hesab edirəm ki, konkret nəticələr gördüyümüzü nəzərə alaraq bunun müddətinin uzadılması, əlbəttə, məqsədəuyğundur. Çünki müddət uzadılmasa, bazarın necə reaksiya verəcəyini bilmirik, yenidən müxtəlif spekulyativ meyillər yarana bilər. Buna görə hesab edirəm ki, müddətin uzadılmasının əhəmiyyəti var.
İlham Əliyev neftin qiyməti barədə danışdı



Hamlet Ağadadaş oğlu Qurbanovun vəfat etdiyi gündür
Dünya birjalarında neftin qiyməti
Azərbaycan nefti də bahalaşdı
Neftin qiyməti bahalaşdı
Neftin qiyməti bahalaşdı
İqtisadçı deputat: “Neftin hazırkı qiymətləri müvəqqətidir”
Neftin bir bareli 100 dollar olacaq - PROQNOZ
Həftənin ilk günü neftin qiyməti bahalaşdı
Neftin qiyməti 100 dollara çata bilər - Putin
Neftin qiyməti açıqlandı
Dünya birjalarında neftin qiyməti dəyişdi
Neft niyə kəskin ucuzlaşdı?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 