İcbari tibbi sığorta sisteminin tətbiq olunduğu ərazilərdə hər bir ailə həkiminə 1800-2500 şəxs, ailə pediatrı həkimlərinə 800-ə yaxın uşaq təhkim olunacaq. ONN media xəbər verir ki, bunu "KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması" mövzusunda keçirilən təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib. V.Qurbanov artıq 1 aya yaxındır ki, şimal bölgəsində icbari tibbi sığorta sisteminin tətbiq edildiyini vurğulayıb: "Yanvarın 1-dən şimal rayonlarında əhali icbari tibbi sığorta sistemindən faydalanmağa başlayıb. Nəticələr qənaətbəxşdir. Bu bölgədə tibb müəssisələrinə edilən müraciətlərin sayı dəfələrlə artıb. Artıq bahalı əməliyyatlar üzrə 700-ə yaxın müraciət edilib". Əsas məqsədlərdən birinin əhalinin səhiyyə xərcləri ilə maliyyə yükünü azaltmaq olduğunu deyən V.Qurbanov aprelin 1-dən icbari tibbi sığorta haqqının toplanılmasına başlanılacağını deyib. Departament rəhbəri qeyd edib ki, iki və daha çox yerdə işləyən, iki və daha çox mənbədən gəlir əldə edən şəxslər hər bir gəlir və iş yeri üzrə icbari tibbi sığorta haqqı ödəməlidir. Vətəndaş tibbi xidmətə üz tutduqda, ilk müraciət edəcəyi ailə həkimi, ilkin səhiyyə müəssisələri olmalıdır. V.Qurbanov bildirib ki, vətəndaş xəstəxanaya gəldikdə mütləq şəkildə şəxsiyyət vəsiqəsini təqdim edərək qeydiyyatdan keçməlidir: "Vətəndaş xəstəxanaya müraciət edərək "mənim burada yatmağıma icazə verin" deyə bilməz. Buna ixtisaslı həkimlər qərar verməlidirlər".
Tibbi sığorta başlandı: SON VƏZİYYƏT



Maaşından pul tutulanlara MÜHÜM XƏBƏR - Şəxsiyyət vəsiqəsi ilə ...
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
İcbari tibbi sığorta üçün maaşdan daha çox pul tutulacaq
Vasif Talıbov Dövlət Agentliyinin statusunu dəyişdi
Vətəndaşlar BU ANALİZLƏRİ pulsuz verə biləcək
İcbari siğorta ilə bağlı YENİLİK
Bu şəxslərin sığorta haqqını dövlət ödəyəcək
Həkimlərə şad xəbər- Maaşlar...
Ölkədə tibbi arayışlar ödənişli olacaq?
Tibbi xidmət tamamilə pulsuz olacaq? – Ramin Bayramlı AÇIQLADI
Aprelin 1-dən bu xidmətin tətbiqinə başlanılacaq - AGENTLİKDƏN AÇIQLAMA
Pulsuz tibbi xidmət hansı xəstəxanalarda keçərlidir? - SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 