“Ölkəmizin şimal bölgəsində pilot layihə kimi icbari tibbi sığortanın icrasına başladıq və hazırda 23 rayonda tibbi sığorta tətbiqi davam etdirilir. Türkiyənin tibbi sığorta sahəsi ilə sıx əməkdaşlıq və məlumat mübadiləsi etdik. Yola belə başladıq”. ONN media xəbər verir ki, bunu TƏBİB sədri Ramin Bayramlı “Anadolu” agentliyinə Prezident İlham Əliyevin tapşırığı ilə TƏBİB tərəfindən tətbiq ediləcək tibbi sığorta sistemi barədə danışarkən bildirib. O qeyd edib ki, icbari tibbi sığorta sistemini tətbiq etmək üçün ölkədəki təxminən 3500 xəstəxana TƏBİB-in tabeliyinə verilib. Xəstəxanaların bu sistemin tələblərinə uyğun olması üçün islahatlara başlanılıb. R. Bayramlı vurğulayıb ki, əslində icbari tibbi sığorta 2020-ci ildə tətbiq olunmalı idi, ancaq epidemiya onu təxirə saldı: “Epidemiyanın yaratdığı problemlərin əksəriyyətini geridə buraxdıq və epidemiya ilə mübarizə təcrübəsi qazandıq. Buna görə də növbəti dövrdə heç bir gecikmə yoxdur. 1 yanvar 2021-ci il tarixindən etibarən tibbi sığorta sistemi Bakı xaric bütün ölkədə tətbiq ediləcək. 2021-ci il aprelin 1-dən isə bu layihə Bakı və ətraf qəsəbələrdə həyata keçiriləcək. Bununla da, bütün ölkədə icbari tibbi sığorta tətbiq olunacaq”. R. Bayramlı bildirib ki, tibbi sığorta mövcud tibbi xidmətlərin əksəriyyətini əhatə edəcək: “Vətəndaşlarımız ölkənin bütün bölgələrində tibbi xidmətlər ala biləcəklər. Tibbi xidmət onlar üçün əlçatan və tamamilə pulsuz olacaq”. /Qafqazinfo/
Tibbi xidmət tamamilə pulsuz olacaq? – Ramin Bayramlı AÇIQLADI



Ramin Bayramlının səlahiyyətləri ONA TAPŞIRILDI
Vətəndaşlar BU ANALİZLƏRİ pulsuz verə biləcək
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
İcbari tibbi sığorta üçün maaşdan daha çox pul tutulacaq
Pulsuz tibbi xidmət hansı xəstəxanalarda keçərlidir? - SİYAHI
İcbari siğorta ilə bağlı YENİLİK
Gələn ildən ölkədə İcbari Tibbi Sığortaya keçiləcək - VİDEO
Bu, daha bir il müddətinə təxirə salındı - Qanun
Tibbi sığorta başlandı: SON VƏZİYYƏT
Vasif Talıbov Dövlət Agentliyinin statusunu dəyişdi
Ölkədə tibbi arayışlar ödənişli olacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 