Bu, mənim üçün çox böyük mükafatdır, çox böyük".
ONN media xəbər verir ki, bunu Polad Bülbüloğlu Prezident İlham Əliyev tərəfindən ona “Heydər Əliyev” ordeni təqdim olunarkən deyib.
"Böyük şərəfdir, çox sağ olun, cənab Prezident, minnətdaram. Çox böyük şərəfdir, çox sağ olun. Heydər Əliyevin adı bilirsiniz ki, mənim üçün çox əzizdir. Çox sağ olun, cənab Prezident, kövrəldim. Siz çox düzgün qeyd etdiniz ki, Azərbaycanın, bizim vətənimizin ən çətin vaxtında 10 il ulu öndər Heydər Əliyevlə işləmək bir nazir, ümumiyyətlə, bir xadim kimi mənim üçün çox böyük məktəb oldu. O illəri, görüşləri tez-tez yada salıram. Baxmayaraq ki, çətin idi, bizim Böyük Öndərimiz mədəniyyətə həmişə diqqətlə yanaşırdı. İnanın ki, bu günlərdə biz Filarmoniyada məşq aparırdıq, Moskvadan baş dirijorumuz gəlib. Orada mənim yadıma düşdü, danışdım, Filarmoniya təmir olunanda Ulu Öndər kreslolara qədər maraqlanırdı ki, necə olacaq, nə olacaq, hansı rəngdə olacaq, çox diqqətli idi. Çox düz buyurdunuz, hətta vəsait olmayanda şəxsən mənə, ümumiyyətlə, mədəniyyət sahəsinə, mədəniyyət adamlarına onun diqqəti hər bir vəsaitdən artıq idi. Sənət adamları bunu bilirdi ki, cənab Prezident, onlara çox böyük diqqətlə yanaşır. Siz də atanızın yolunu davam etdirərək Azərbaycan üçün çox işlər gördünüz. Mən son günlər Bakıdayam, Azərbaycandayam. Qonaqlar gəlir, inanın ki, bizim bu yeni küçələri, binaları, - qədim Bakı da saxlanılıb, - görəndə hamı Bakıya heyran olur. Bunlar hamısı Sizin, Mehriban xanımın diqqəti sayəsindədir. Mən Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Amma cənab Prezident, bu, mənim üçün çox böyük mükafatdır, çox böyük", - P.Bülbüloğlu bildirib.



İşdən çıxarılan Əli Həsənov Prezidentə SÖZ VERDİ: Ömrümün axırınacan...
Heydər Əliyev yanımdan keçəndə dedi ki...- Yusifzadə
Nazirdən Prezidentə: Söz verirəm ki...
Mehriban Əliyeva Əlibaba Məmmədovun evində qonaq oldu
İlham Əliyev Emmanuel Makrona başsağlığı verdi
Polad Bülbüloğlu mükafatlandırıldı - SƏRƏNCAM
Bəhram Bağırzadə Prezidentlə görüşdən danışdı: “Çox şad oldum ki..."
İlham Əliyev və Şahbaz Şərifin geniş tərkibdə görüşü keçirilib
Prezident bu məşhur şəxsə ev hədiyyə etdi
Əliyevdən BÖYÜK MÜJDƏ: Şuşasız bizim işimiz yarımçıq olar...
Maqomedali Maqomedova “Dostluq” ordeni, Murad Kajlayeva fəxri diplom təqdim edildi
Polad Bülbüloğlu “İlin səfiri” seçildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 