"Taksi fəaliyyəti sahibkarlığa açıq olmalıdır və bu fəaliyyətin sahibkarlığa açıq olması üçün requlyativ tənzimləmələr həyata keçirməliyik. Birinci məsələ taksi fəaliyyəti üzrə tariflərin olması ilə bağlıdır".
ONN media report-a istinadən xəbər verir ki, bunu "AvtoFM" radiosunda yayımlanan verilişə qonaq olarkən Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. O bildirib ki, bütün dünyada taksilərin gecə və gündüz tarifləri var: "Bu tariflər sayəsində iqtisadi cəhətdən bunun platforması hazırlanmış olur və taksimetrlər də qoyula bilir. Həmçinin taksimetrlərdə tətbiqetmələr var ki, bununla onlara nəzarət oluna bilər". V.Kərimlinin sözlərinə görə, taksi fəaliyyətində cəzalandırma və inzibati tənbehetmə mexanizmləri qurulmalıdır: "Bu il bizim müxtəlif dövlət qurumlarının rəhbərlikləri ilə görüşlərimiz olub. Düşünürük ki, bu ilin ilk 6 ayından sonra bu məsələlər hüquqi cəhətdən həll olunacaq. Artıq bizim tərəfimizdən Taksi Yol Xəritəsi yekunlaşır. Bunun dövlət büdcəsinə gəlirləri də hesablanıb. Həmçinin Bakı şəhərinə tələb olunan taksi sayı müyyən olunub. Bakıda təxmini olaraq 25 mindən çox qeyri-qanuni fəaliyyət göstərən taksi var. Bizim hesablamalarımıza görə, paytaxt üçün 8500 ədəd taksi fəaliyyəti lazımdır. Taksi fəaliyyətini də beynəlxalq standartlarda hesabladığımız zaman gündə 16 saatdan bu, təxmini 2,5 əmsal işləməkdir. Biz 8500-ü taksi əmsalına vurduqda 25 minə yaxın bir rəqəm olur. Bu da həmin sayda rəsmi iş yerinin açılması deməkdir. Buna görə də taksi fəaliyyəti sahibkarlığa istiqamətlənməli, müəyyən çərçivəyə salınmalı və təhlükəsizliyi tam təmin olunmalıdır. Tariflər müəyyən olunduğu zaman taksi sürücülərinin müxtəlif qiymət tətbiqi problemi aradan qalxacaq". BNA sədri əlavə edib ki, ilin ilk rübü iqtisadi baxımdan əsaslandırılmış tariflər hesablanacaq və aidiyyətli qurumlara göndəriləcək: "Bununla bağlı işlər, yəqin ki, ilk 6 ay ərzində tamamlanacaq".Taksi tariflərinin müəyyənləşəcəyi vaxt açıqlandı



Taksi sürücülərinə ŞAD XƏBƏR - Artıq...
Sərnişinlər taksilərə xidmət səviyyəsinə görə ballar verəcək
BNA-dan taksi qiymətləri ilə bağlı - AÇIQLAMA
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
Bakıda taksilərin sayı 2 dəfə azaldılıb - RƏSMİ
Taksilər bahalaşdı: BNA -dan ŞOK TAPŞIRIQ
Həftəsonu bu taksilər işləyə biləcək - DİN AÇIQLADI
Taksilər niyə bahalaşıb?
"London taksiləri" ilə bağlı narazılıqlara RƏSMİ münasibət
Taksi sürücülərinə qarşı reyd keçirildi
Hərkəs bundan danışır- Sürücüsüz taksilər gəlir?
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 