Paytaxtda sərnişinlər taksilərə xidmət səviyyəsinə görə ballar verəcək.
ONN media xəbər verir ki, bu barədə trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
V.Kərimli bildirib ki, taksi şirkətlərinə nəzarət gücləndirilməlidir: "Mən taksilərin dövlət şirkətinə məxsus olmasının tərəfdarı deyiləm. Çünki bu, rəqabət mühitini aradan qaldıracaq. Amma təbii ki, taksilər nəzarətdə olmalıdır. Bunun üçün işlərə başlamışıq. Yaxın günlərdə bununla bağlı hökumətə təkliflərimizi də göndərəcəyik. Birincisi, ondan başlamaq lazımdır ki, bu gün Bakıda 22-25 min arası taksi fəaliyyət göstərir. Əhalisi 15 milyon olan İstanbulda isə 18 min ədəd taksi var. Hesablamalarımıza əsasən, Bakıda 8500 taksi olsa, kifayətdir. Taksi fəaliyyətinin bütün parametrləri qanunvericilikdə göstərilib və hökumətə təklif göndərilib. Təkliflər qəbul olunduqdan sonra taksi fəaliyyətini də ciddi şəkildə nəzarətə götürəcəyik".
BNA rəhbəri qeyd edib ki, hava limanında taksi fəaliyyəti ilə bağlı ayrı konsepsiya olacaq:
"Ölkəyə gələnlərin aldadılmasının qarşısı alınmalıdır. Biz bu layihəyə başlamışıq. Eyni zamanda, proqram təminatımızı da yekunlaşdırmaq üzrəyik. Bakı Nəqliyyat Agentliyinin rəsmi proqram təminatı olacaq. Bütün taksilər qeydiyyatdan keçdikdən sonra göstərdikləri xidmət səviyyəsinə görə sərnişinlər tərəfindən onlara ballar veriləcək. Taksi fəaliyyəti ictimai nəqliyyatın nisbətən lüks növü olduğu üçün bu sahədə də işlərimizi mərhələli şəkildə quracağıq ki, ciddi problemlər ortaya çıxmasın".



Taksi tariflərinin müəyyənləşəcəyi vaxt açıqlandı
Taksi sürücülərinə ŞAD XƏBƏR - Artıq...
Taksilər bahalaşdı: BNA -dan ŞOK TAPŞIRIQ
"London taksiləri" ilə bağlı narazılıqlara RƏSMİ münasibət
Taksi sürücülərinin nəzərinə: yeniliklər olacaq
Bu taksilərə taksometr quraşdırmağa ehtiyac yoxdur
Bakıda taksi qiymətləri bir gündə 2 dəfə bahalaşdı - VİDEO
BNA-dan taksi qiymətləri ilə bağlı - AÇIQLAMA
Hərkəs bundan danışır- Sürücüsüz taksilər gəlir?
Bu taksi sürücüləri cərimələnəcək - Rəsmi
Bakıda taksi qiymətləri bahalaşdı
Bakıda taksilərin sayı 2 dəfə azaldılıb - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 