Bakı Dövlət Universitetinin Tarix fakültəsinin III kurs tələbəsi Çin Xalq Respublikası vətəndaşı Liu Youşa bu gün 1 saylı Kliniki Tibbi Mərkəzdən evə buraxılıb. Aparılan tibbi müayinələr əsasında tələbənin orqanizmində təhlükəli virusun olmadığı öz təsdiqini tapıb və ona səhhətində heç bir problemin aşkarlanmadığına dair arayış təqdim edilib. ONN media bildirir ki, bu barədə Bakı Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, 19 yanvar 2020-ci il tarixində Çindən Bakıya qayıdan Liu Youşa Universitet rəhbərliyinin təşəbbüsü ilə zəruri müayinələrdən keçmək üçün 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib və tələbə 14 günlük karantin dövrünü həkim nəzarəti altında başa vurub. Hazırda Liu Youşanın tədris prosesinə qatılması Universitet rəhbərliyi tərəfindən tam təmin olunub. Universitet rəhbərliyi ona müayinə təklifini anlayışla qarşıladığına görə təşəkkür edib və müvəffəqiyyətlər arzulayıb. Eyni zamanda Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə əməkdaşlığa görə minnətdarlığını bildirib. Cari tədris ilində BDU-da Çin və ona sərhəd ölkələrdən 30-a yaxın tələbə təhsil alır və onlar sağlamlıqlarını qorumaq məqsədilə tətil müddətində Çinə getməyəcəkləri barədə məlumat veriblər.
Koronavirusna yoluxma təhlükəsi olan BDU tələbəsindən SON XƏBƏR



Virus təhlükəsi ilə xəstəxanaya aparılan tələbədən YENİ XƏBƏR VAR
BDU-nun zəhərlənən tələbələrindən YENİ XƏBƏR
Bakıda universitet tələbələrinə XƏBƏRDARLIQ
Bakıda daha 6 tələbə qız zəhərləndi - Açıqlama
Bakıda karantindən qaçan şəxs geri qaytarıldı
1 saylı Kliniki Tibbi Mərkəz bağlandı - SON DƏQİQƏ
Bakıda liftin qırılması nəticəsində xəsarət alanların son durumu AÇIQLANDI
Küçədə tapılan körpənin vəziyyəti necədir?
Bakıda koronavirusa görə xəstəxanaya aparılan iranlılarla bağlı XƏBƏR VAR
Koronavirus görə 7 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib - Rəsmi
Kliniki Tibbi Mərkəzdən türk tələbənin iddialarına cavab
BDU -nun tələbəsi sabah dəfn olunacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 