Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı Yutubda səs yazısı yayılıb.
ONN media xəbər verir ki, səs yazısında naməlum şəxs N.Quliyevanın ölümündə təqsirləndirilən İlkin Süleymanovun günahsız olduğunu qeyd edib.
Həmin şəxs iddia edir ki, N.Quliyevanı onun həmkəndlisi M.M. (məlumat təsdiqini tapmadığı üçün ad, soy adı şərtidir) öldürüb.
Onun iddiasına görə, M.M.-in qardaşı və yeznəsi hüquq-mühafizə orqanlarında çalışır:
“Həmin şəxs Nərmin Quliyevanın qonşusudur. Bunu kənddə hər kəs bilir. Onun VAZ-2107 markalı avtomobili var. İlkin Süleymanovu yalandan həbs ediblər, o, günahsızdır”.
Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, “qeyd edilən audioyazı tərəfimizdən istintaq-əməliyyat qrupuna təqdim edilib”.
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb.
Rəsmi məlumata görə, yanvarın 10-da hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.axar.az



Prokurorluqdan Nərminin qətli haqda: Yeni məlumat...
Nərminin qatili azad edilir?
"İfadələri alınır" - Nərminin qətli ilə bağlı daha bir AÇIQLAMA
Nərmin Quliyevanın qətl işi ilə bağlı YENİ XƏBƏR
Nərminin qatilində təqsirli bilinən şəxsin məhkəməsinin vaxtı açıqlandı
Məhkəmə Nərminin qatili ilə bağlı QƏRAR VERDİ
Nərmin Quliyeva cinayəti: İlkin Süleymanovun dustaq yoldaşları DANIŞDI
Nərmini öldürməkdə ittiham olunan İlkin Süleymanov AZADLIĞA BURAXILIB? — QARDAŞINDAN AÇIQLAMA
Nərmini qətlə yetirməkdə təqsirləndirilən İlkinin məhkəməsi başladı
Nərmini öldürən şəxsə yeni ittiham irəli sürüldü
Kamran Əliyev bu cinayət işini xüsusi nəzarətə götürdü
Nərminin qətlinə görə atasının sinif yoldaşı saxlanıldı - Əmisindən AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 