43 saylı Sumqayıt üçüncü seçki dairəsinin 25 saylı seçki məntəqəsində “Müsavat” Partiyasının namizədi, keçmiş deputat İkram İsrafil qalmaqal yaradıb.
ONN media xəbər verir ki, İ.İsrafilin həmin seçki məntəqəsində müşahidəçi olan qızı səsvermə kabinəsinin yanında dayanaraq seçiciləri atasına səs verməyə çağırıb.
Bu isə digər namizədləri təmsil edən müşahidəçilərin narazılığına səbəb olub və onlar həmin şəxsə bunun qanunsuz olduğunu bildiriblər. Lakin bu zaman qalmaqal baş verib və məntəqədə olan İ.İsrafil müşahidəçilərə hücum çəkib. Onları təhqir edən müxalifət təmsilçisi hətta vurmağa da cəhd göstərib.
Namizədin bu hərəkətinin qanunazidd olduğunu bildirən komissiya üzvləri onu səsvermənin gedişinə müdaxilə etməməyə çağırıblar.
Müşahidəçilər baş vermiş hadisəni aktlaşdırıb və bu barədə Dairə Seçki Komissiyasının sədrinə müraciət ediblər. Aktda bildirilib ki, İ.İsrafilin məşvərətçi səs hüquqlu müşahidəçisi Nərmin xanım seçki prosesinin gedişinə ciddi şəkildə müdaxilə edir:
“Belə ki, xanım müşahidəçi yerli-yersiz sualları ilə seçkinin gedişatını ləngidir, seçiciləri söhbətə tutaraq hər şeyə müdaxilə edir. Xahiş edirik, bu barədə ciddi tədbir görəsiniz”.
Aktı məntəqədə olan yeddi müşahidəçi imzalayıb.yeni sabah
Keçmiş deputat seçki məntəqəsində dava saldı



MSK bu məntəqələrdə seçkilərin nəticələrini LƏĞV ETDİ
Bu seçki məntəqələrinin nəticələri ləğv edilib
SON DƏQİQƏ: Ləğvetmə başladı
MSK daha 4 məntəqənin nəticələrini ləğv etdi
Prezident və ailə üzvləri səs verdi
Bələdiyyə seçkilərində bu iki məntəqənin nəticələri ləğv edildi
Ceyhun Bayramov səs verdi
ATƏT müşahidəçisi: "Neqativ hal qeydə alınmayıb"
Prezident və ailəsi Xankəndidə səs verdi
İlham Əliyevin 100% səs aldığı məntəqələr - Siyahı
Ən gərgin dairədə lider müəyyənləşmədi- SƏBƏB?
Bu məntəqələrin seçkiləri ləğv olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 