Xarici İşlər naziri Elmar Məmmədyarov Vyanada ATƏT Baş katibi Tomas Qreminqer ilə görüşüb və tərəflər ATƏT və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. XİN-dən ONN media -ya verilən məlumata görə, görüş zamanı Qreminqer ATƏT-in Azərbaycanı təhlükəsizliyin hər üç ölçüsü – hərbi-siyasi, iqtisadi və ətraf mühit və insan ölçüsü – üzrə öhdəliklərinin yerinə yetirilməsində dəstəkləməyə sadiq olduğunu qeyd edib. Bu xüsusda, Baş katib ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycan tərəfinin rəsmi dəvətini qəbul edərək 9 fevral tarixli növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana Seçki Müşahidə Missiyasını göndərdiyini xatırladıb.
Elmar Məmmədyarov Qreminqeri bu ilin 28-30 yanvar tarixlərində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə Cenevrədə keçirilmiş görüşü barədə məlumat verib. Nazir münaqişənin Helsinki Yekun Aktının prinsipləri əsasında tezliklə həllinin substantiv aspektləri üzrə ətraflı müzakirələrin əhəmiyyətini vurğulayıb. Baş katib Qreminqer Minsk Qrupunun həmsədrlərinin səylərinə tam dəstəyini ifadə edib və insanlar arasında intensive təmaslar vasitəsilə əhalilərin sülhə hazırlanması üçün konkret addımları və danışıqları alqışlayıb. Elmar Məmmədyarov Qreminqeri yaxın gələcəkdə Azərbaycana səfər etməyə dəvət edib. O, bildirib ki, Baş katibin səfəri münasibətilə Bakıda yaşıl limanların və bağlılığın təşviqi ilə bağlı konfrans təşkil olunacaq.Məmmədyarov ATƏT-in Baş katibini Bakıya dəvət etdi



Mnatsakanyan görüşünün tarixi DƏQİQLƏŞDİ
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başladı
Xarici İşlər Naziri ATƏT-in Baş katibi ilə görüşüb
Məmmədyarov erməni həmkarı ilə görüşəcək
Məmmədyarov-Mnatsakanyan görüşünün yeri və vaxtı açıqlandı
Məmmədyarovla Mnatsakanyan görüşdü
Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş başlayıb
Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü barədə AÇIQLAMA
Elmar Məmmədyarov: Danışıqlar oktyabrda davam etdiriləcək
Elmar Məmmədyarovun Nalbandyanla görüşü başladı
Bu gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vyanada görüşəcək
Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək- Bu tarixdə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 