Tovuz rayonunun Yuxarı Öysüzlü kəndinin sakinləri yüzilliklərdən bəri özünəməxsus tarixi adət-ənənələrini bu günədək yaşadırlar. İnsanlar bu cür unudulmaqda olan qədim milli adət-ənənənin bayram kimi nəsillərdən-nəsillərə ötürülərək yaşadılmasını olduqca vacib sayırlar
ONN media xəbər verir ki, bölgədə bahar bayramını hər kəsdən tez məhz bu kəndin sakinləri qeyd edirlər. Belə ki, kiçik çillənin sonuncu ongünlüyü fevralın 10-u bitdiyindən elə həmin gündən başlayaraq yazın müjdəçisi olan Xızır gecələri başlayır. Xızır peyğəmbərin adı ilə bağlı olan bu gecə yazın gəlişinin ilk müjdəçisi olduğundan yüz illərdir hər ilin bu günü bayram kimi keçirilir.
“Xızır Nəbi gecəsi”, “Xızır bayramı”, “Xızır baba” kimi adlandırılan bayram uşaqdan-böyüyə, cavandan-qocaya bütün elliklə qeyd edilir. Hər il eyni tarixi bayram etməyi artıq adət halına salan sakinlərə hətta rayonun qonşu kəndləri də qoşulurlar. İnsanlar bayramı kəndin su, torpaq və alovun qovuşduğu yerdə - inanc yeri olan xan çinarının ətrafına toplaşaraq qeyd edirlər. Burada tonqal yandırır, niyyət tutaraq çinarın ətrafına dövrə vurur, nəzir paylayırlar. Sakinlər həmin gecəni baharın gəlişinin müjdəsi kimi sevinclə keçirirlər. Evlərdə şirniyyat bişirilir, bayram tonqalları yandırılır.
Rayon sakini Asif Qasımov bu cür unudulmaqda olan qədim milli adət-ənənənin təkcə Yuxarı Öysüzlü kəndi tərəfindən deyil, ümumiyyətlə regionda bayram kimi nəsillərdən-nəsillərə ötürmək üçün yaşadılmasını olduqca vacib sayır. “Bu bayram Xızır peyğəmbərin adı ilə bağlıdır. Bayramda insanlar sevinc rəmzi olaraq şam, lopa yandırırlar. Bu bir işarə olur ki, biz soyuqdan istiyə keçid alırıq. Xızır Nəbi gəlib çubuğunu vuracaq, hər yer yaşıllıq olacaq, havalar isinməyə başlayacaq. Sevindirici haldır ki, Öysüzlü eli bu bayramı yaddan çıxarmır, hər il öz istəkləri, arzusu, diləkləri ilə inanc yerinə yığışaraq qeyd edir. Mən istərdim ki, heç bir adət-ənənəmiz unudulmasın, onları olduğu kimi yaşada bilək. Çünki bu bizim keçmişimizdir, tariximizdir. Biz bunu yaşatmağa borcluyuq”, – deyə bildirir.
Qeyd edək ki, Xıdır Nəbi bayramından sonra yalançı, ardınca isə xəbərçi çərşənbə gəlir. sputnik



Azərbaycanda Novruz bayramı qeyd edilir
Bu gün Azərbaycanda Novruz Bayramı qeyd olunur
Bu gün Azərbaycanda Novruz Bayramı qeyd olunur
Azərbaycanda Novruz bayramı qeyd olunur
Azərbaycan Novruzu qeyd edir- TƏTİL BAŞLADI
Bu gün Novruzun ilk çərşənbəsidir
Bu gün od çərşənbəsidir
Xocalılar növbəti Novruz bayramını doğma yurd-yuvalarında keçirməyi arzulayırlar
Novruz çərşənbələrinin günü açıqlandı
Maraqlı adət: Lənkəranda çillə gecəsi qeyd olundu
“Coca-Cola” Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir
Bakıda Novruz şənlikləri keçirilir
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 