"Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən taktiki-xüsusi təlimin mövzusu mülki əhali arasında çaxnaşma yaratmağa və təxribat törətməyə hazırlaşan şərti düşmənin təxribat-diversiya qrupunun gizləndikləri binada zərərsizləşdirilməsi olub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimdə şəxsi heyətin praktiki vərdişləri və binalarda döyüş əməliyyatlarının aparılması bacarıqları yoxlanılıb.
Əldə edilmiş kəşfiyyat məlumatına əsasən təxribatçı qruplar yaşayış məntəqələrinə yaxın ərazidəki tərk edilmiş binada gizləniblər.
Şərti düşmənin təxribat cəhdlərinin qarşısının alınması məqsədilə xüsusi təyinatlı qruplar fərqli istiqamətlərdən və helikopterlərlə terrorçuların gizləndikləri binaya daxil olaraq müxtəlif atəş vasitələrindən istifadə etməklə təxribatçıları zərərsizləşdiriblər.
Təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları şərti düşmənin təxribat-diversiya qrupunu zərərsizləşdirmək üçün antiterror əməliyyatları zamanı binalarda yaxın məsafədə döyüş elementlərini yerinə yetiriblər.
Təlimin gedişində antiterror əməliyyatlarının icrası zamanı yaralanan hərbi qulluqçulara çevik şəkildə tibbi yardım göstərilib və yaralıların təxliyyəsi həyata keçirilib.
Şərti düşmənin təxribat cəhdinin qarşısını alan xüsusi təyinatlı qruplar müxtəlif silah nümunələrini ələ keçirib və təxribatçıların bir neçəsini əsir götürüblər.
Beləliklə də, diversiya-təxribat fəaliyyətlərinin qarşısını alan xüsusi təyinatlılarımız təxribatçıları tam tərkibdə zərərsizləşdirməklə təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olublar.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun müşahidəçi və təlimatçı qismində iştirak etdiyi təlimin uğurla başa çatması münasibətilə mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə çıxış edən Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq Naxçıvanda və Türkiyə Respublikasının Qars şəhərində keçirilmiş döyüş atışlı birgə taktiki təlimlərin hər iki qardaş ölkənin hərbi qüdrətinin nümayişi olduğunu diqqətə çatdırıb. Ulu öndərlərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” şüarı keçirilən təlimlərdə və hərbi qulluqçularımızın peşəkarlıqlarının artırılmasına xidmət edən kurslarda birliyimizin və bərabərliyimizin ifadəsinə çevrilib. Əlahiddə Ümümqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə keçirilən taktiki-xüsusi təlimin uğurla başa çatması Türkiyə Respublikasının Sparta və Kayseri şəhərlərində, Naxçıvandakı Dağ Təlim Mərkəzində təşkil edilmiş kurslarda və 44 günlük Vətən müharibəsində qazanılan döyüş təcrübəsinin peşəkarlıqla tətbiq edilməsinin əyani göstəricisidir.
Sonda hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib.



Xüsusi təyinatlı bölmələrdə təlim keçirildi - Video
Naxçıvanda hərbçilər xüsusi təlim keçirdi - VİDEO
Azərbaycan ordusu HƏRƏKƏTƏ KEÇDİ - Əsgərlər qarlı dağlarda... (VİDEO)
Komando hərbi hissəsində taktiki-xüsusi təlimlər keçirildi - VİDEO
Naxçıvanda Türkiyə ordusu ilə birgə təlim keçirildi - FOTOLAR
Xüsusi təyinatlılar Naxçıvanda təlimlərə başladılar
Azərbaycan Ordusunun Naxçıvanda komanda-qərargahında HƏYƏCAN - VİDEO
Azərbaycan Ordusu taktiki təlim keçirdi
Naxçıvan qoşunlarında xüsusi məşğələ keçirildi
Naxçıvan Qarnizonu Qoşunlarında təlim
Naxçıvan Qarnizonu Qoşunlarında taktiki təlim məşqi keçirildi - VİDEO
Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi davam edir - VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 