Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində taktiki-xüsusi təlimlər keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin planına uyğun olaraq əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib.
Diversiya qrupunun təxribatının qarşısını almaq məqsədilə “Həyəcan” siqnalı ilə qaldırılan komandolar daimi dislokasiya məntəqəsini tərk etməklə əməliyyat rayonu istiqamətində hərəkət ediblər.
Sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə müxtəlif yerdəyişmə üsulları icra olunub. Hərəkət zamanı şərti düşmənin təxribat-diversiya qrupu tərəfindən pusquya düşən komandolar çevik qərar qəbul edərək pusqunu dəf etmə və ərazidə kəşfiyyat aparma qaydalarını məşq ediblər.
Təlimin əsas məqsədi şəxsi heyətin gündüz və gecə məhdud görmə şəraitində taktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.
Komandolar təlimdə yüksək peşəkarlıq nümayiş etdirərək bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.



Müqavimət göstərən “düşmən” məhv edildi - Video
Azərbaycan Ordusu taktiki təlim keçirdi
Zakir Həsənov Xocavəndə getdi
Azərbaycan ordusunun xüsusi təyinatlıları təlim keçirdi - VİDEO
Ordumuzda həyəcan siqnalı
Xüsusi təyinatlı bölmələrdə təlim keçirildi - Video
24 erməni diversant girib, 6-sı yaxalanıb, 18-i isə... - MN
Azərbaycan qırıcıları HAVAYA QALXDI - VİDEO
Azərbaycan ordusu HƏRƏKƏTƏ KEÇDİ - Əsgərlər qarlı dağlarda... (VİDEO)
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirildi - VİDEO
Ordumuza həyəcan siqnalı verildi: Döyüş hazırlığı... - Video
Naxçıvanda hərbçilər xüsusi təlim keçirdi - VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 