Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 29 saylı Səbail seçki dairəsindən namizəd olan Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.
ONN media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov məlumat verib.
Onun sözlərinə görə, B.Hacıyev şikayətində seçicilərin iradəsini əks etdirmədiyi üçün bu dairədə seçkilərin nəticəsinin ləğvini tələb edib: “Şikayət Ekspert Qrupu tərəfindən araşdırılıb. B.Hacıyev müraciətində araşdırmada iştirak etmək istədiyini də bildirib. Araşdırma üç istiqamətdə aparılıb: müraciət edənin MSK-ya təqdim etdiyi sənədlər, sosial şəbəkədə yayılan görüntülər və dairə seçki komissiyasından alınan protokollar. Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə şikayət araşdırılıb”.
R.İbrahimov bildirib ki, B.Hacıyev müraciətində 22 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsini istəyib: “Namizəd MSK-ya və DSK-ya təqdim etdiyi əlavələrdə məntəqə seçki komissiyasından əldə edilmiş protokolları təqdim edib. Bu protokollar rəsmi protokollardan fərqlidir. Bu araşdırma 25 protokolu əhatə edir. Həmin protokollardan, sadəcə, 9 ədədi orijinal protokollarla eynilik təşkil edir”.
MSK üzvü vurğulayıb ki, aparılmış araşdırmanın nəticəsi olaraq seçki qanunvericiliyinin tələblərinə görə 1, 5, 9, 11, 17, 25 saylı seçki məntəqələrində seçkinin nəticəsinin etibarsız sayılmasına əsas yaradan faktlar var. Buna görə də həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın.
Sonda 6 məntəqənin nəticəsinin ləğvi məsələsi səsverməyə çıxarılıb və qəbul edilib.



Bələdiyyə seçkilərində bu iki məntəqənin nəticələri ləğv edildi
Bu məntəqələrin seçkiləri ləğv olundu
SON DƏQİQƏ: Ləğvetmə başladı
MSK daha 4 məntəqənin nəticələrini ləğv etdi
MSK daha bir məntəqə üzrə nəticələri ləğv etdi
Nəticələri ləğv edilən dairələrin TAM SİYAHISI - VİDEO
Sevinc Fətəliyevanın dairəsində 4 məntəqə ləğv edildi
Bu seçki məntəqələrinin nəticələri ləğv edilib
Daha 3 məntəqənin nəticələri ləğv olundu
MSK bu məntəqələrdə seçkilərin nəticələrini LƏĞV ETDİ
MSK daha bir DSK-nın qərarını qüvvədə saxladı
MSK daha bir məntəqənin nəticələrini etibarsız saydı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 