Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Vəliyev İbrahim Ələmşah oğlu Kəlbəcər rayon sakinidir və ailəsi hazırda məcburi köçkün kimi Zərdab rayonunda məskunlaşıb.
2001-ci il təvəllüdlü İ.Vəliyev ötən ilin oktyabr ayında hərbi xidmətə çağırılıb.
Kəlbəcər rayonunun Mollabayramlı kənd sakini olan İ.Vəliyev ailədə 3 bacı-qardaş olublar. Şəhidin özündən böyük bir bacısı və özündən kiçik bir qardaşı var.
Vəliyevlər ailəsi 1994-cü ildən Zərdab rayon Su-kanal idarəsinin binasında yaşayır. İ.Vəliyevin atası Ələmşah Vəliyev uzunmüddətdir ki, xəstəlikdən əziyyət çəkir.
Hazırda ailə şəhidin nəşinin gətirilməsini gözləyir. İ.Vəliyevin Zərdab rayonunun Şəhidlər xiyabanında dəfn olunacağı gözlənilir.
Xatırladaq ki, fevralın 24-də saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olan düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.
Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.
Allah rəhmət eləsin!
Bu gün şəhid olan əsgərimiz məcburi köçkün olub



Azərbaycan şəhidi ilə vidalaşır
Şəhidin nəşi döyüş bölgəsindən çıxarılmayıb – QOHUMLARI
Şəhid hərbçimizin FOTOSU
SON DƏQİQƏ: Şəhidimiz var
Şəhid atası vəfat etdi
Şəhidimiz bu gün dəfn ediləcək
Cəbhədə təxribat: Ermənilər silah-sursatı qoyub qaçdı
Şəhidimiz bu gün torpağa tapşırılacaq - Nişanlı imiş
Kəlbəcərdə şəhid olan gizirilə vida mərasimi keçirildi
Şəhidimizin vida mərasimi başladı
Şəhid Qorxmaz İsgəndərov dəfn edildi
Şəhid Səddam Hüseynov dəfn olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 