Ötən gün Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olarkən düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan sərhədçi əsgər Orxan Paşazadənin nəşi doğulduğu Cəlilabad rayonunun Cəfərxanlı kəndinə gətirilib.
ONN media xəbər verir ki, şəhidin cənazəsini Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin əməkdaşları və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Daha sonra şəhidlə vida mərasimi başlayıb. Mərasim Cəfərxanlı kəndində keçirilir.
Şəhid Cəfərxanlı kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, martın 5-də saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.
Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.



Şəhidimiz medalla təltif olundu
Şəhidimiz bu gün dəfn ediləcək
Azərbaycan ordusu ŞƏHİD VERDİ - SON DƏQİQƏ
Azərbaycan şəhidi ilə vidalaşır
Gəncədə şəhidimizlə vida mərasimi keçirilir
Azərbaycan ordusu şəhid verdi
Şəhidimizlə vida mərasimi keçirilir
Ağstafada şəhidlə vida mərasimi keçirilir
Həlak olan zabitlə vida mərasimi keçirilir
DSX-nin həlak olan hərbi qulluqçusu dəfn edildi
Düşmən təxribatı nəticəsində şəhid olan mülki şəxs dəfn olunub
Düşmən atəşi: əsgərimiz yaralandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 