Fevralın 24-də Ermənistan silahlı qüvvələri bölmələrinin təxribatının qarşısını alarkən şəhid olan Vəliyev İbrahim Ələmşah oğlu ilə vida mərasimi başlayıb. Vida mərasimi şəhidin ailəsinin məskunlaşdığı Zərdab rayon Su-Meliorasiya İdarəsinin binasının həyətində keçirilir. Vida mərasimində şəhidin ailə üzvləri, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Zərdab Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab və Kəlbəcər rayon şöbələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edirlər. Şəhidin cənazəsi Zərdab rayonunun Gəlmə kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılacaq. Qeyd edək ki, fevralın 24-də Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olan düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb. Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub. İ.Vəliyev Kəlbəcər rayon sakinidir və ailəsi hazırda məcburi köçkün kimi Zərdab rayonunda məskunlaşıb. 2001-ci il təvəllüdlü İ.Vəliyev ötən ilin oktyabr ayında hərbi xidmətə çağırılıb. Kəlbəcər rayonunun Mollabayramlı kənd sakini olan İ.Vəliyev ailədə 3 bacı-qardaş olublar. Şəhidin özündən böyük bir bacısı və özündən kiçik bir qardaşı var. Vəliyevlər ailəsi 1993-cü ildən Zərdab rayon Su-Meliorasiya İdarəsinin binasında yaşayır. İ.Vəliyevin atası Ələmşah Vəliyev uzun müddətdir xəstəlikdən əziyyət çəkir.
Azərbaycan şəhidi ilə vidalaşır



Bu gün şəhid olan əsgərimiz məcburi köçkün olub
SON DƏQİQƏ: Şəhidimiz var
Şəhidimizin vida mərasimi başladı
Şəhid hərbçimizin FOTOSU
Ağstafada şəhidlə vida mərasimi keçirilir
Bakıda şəhidlə vida mərasimi keçirilir
Şəhidin nəşi döyüş bölgəsindən çıxarılmayıb – QOHUMLARI
Şəhid polkovnik dəfn olunub
Şəhidimizlə vida mərasimi keçirilir
Şəhidimizlə vida mərasimi keçirilir - SON DƏQİQƏ
Kəlbəcərdə şəhid olan gizirilə vida mərasimi keçirildi
Vətən müharibəsi şəhidi dəfn edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 