"Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana, doğma vətəninizə xoş gəlmisiniz. Sizin səfəriniz çox böyük önəm daşıyır. Bu gün təkbətək görüş əsnasında Türkiyə-Azərbaycan dostluq-qardaşlıq əlaqələrinin bir çox istiqamətlərini müzakirə etdik. Bir daha əmin olduq ki, aramızdakı əlaqələr strateji xarakter daşıyır, dostluq-qardaşlıq üzərində qurulubdur".
ONN media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, keçən il əlaqələrimiz üçün çox uğurlu olubdur: "Biz Sizinlə bir neçə dəfə görüşmüşük. Siyasi, iqtisadi, enerji, nəqliyyat – bütün sahələrdə çox böyük nailiyyətlər əldə edilib. Onların arasında əlbəttə ki, TANAP layihəsinin Avropa sərhədinə çatdırılmasını və digər layihələri qeyd etmək olar. Bir sözlə, bu gün keçirilən Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının növbəti toplantısı əminəm ki, əlaqələrimizin gələcək inkişafı üçün çox önəmli olacaq. Gündəlikdə bir çox məsələlər vardır. Bu məsələlərin müzakirəsi və qəbul ediləcək qərarlar, eyni zamanda, imzalanacaq ikitərəfli sənədlər əlaqələrimizi böyük dərəcədə gücləndirəcək. Bir daha xoş gəlmisiniz, Sizə və nümayəndə heyətinə, qardaş Türkiyə xalqına müvəffəqiyyətlər, uğurlar və cansağlığı arzulayıram"



İlham Əliyev: Azərbaycan-Polşa əlaqələri çoxşaxəlidir
Prezident İlham Əliyev: "Bu gün İranla imzalanacaq sənədlər əməkdaşlığımız üçün yeni imkanlar açacaq"
İlham Əliyev: Serbiya bizim dostumuzdur
İlham Əliyev: Azərbaycanla Avropa İttifaqı arasında fəal dialoq mövcuddur
Prezident İlham Əliyev: “Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir”
İlham Əliyev Şarl Mişelə məktub göndərib
İlham Əliyev Ərdoğana zəng etdi
İlham Əliyev Baş Naziri qəbul etdi
Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki... - Prezident
İlham Əliyev Zelenskini təbrik etdi
İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşdü
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşdü (YENİLƏNDİ)
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 