"İlk növbədə, sizi və bütün qardaş İran xalqını Novruz bayramı münasibətilə təbrik etmək istəyirəm, İran xalqına xoşbəxtlik, firavanlıq arzulayıram. Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Biz son dörd il ərzində on dəfə görüşmüşük və hər bir görüşün böyük mənası, əhəmiyyəti var. Bu illər ərzində İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə çatıb. Biz məsələləri dostluq, qardaşlıq şəraitində müzakirə edirik. Əldə edilmiş razılaşmalar icra olunur".
“Report” xəbər verir ki, bunu martın 28-də Bakıda Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü zamanı dövlət başçısı İlham Əliyev deyib.
"Biz bu gün məhdud tərkibdəki görüşdə bu barədə danışdıq. Bir daha demək istəyirəm ki, əldə edilmiş bütün razılaşmalar icra olunur və bu, ölkələrimizi bir-birinə daha da yaxın edir. Biz siyasi, iqtisadi, mədəni, energetika, nəqliyyat – bütün sahələrdə uğurlu əməkdaşlıq edirik. Bu əməkdaşlığın gözəl nəticələri var. Bu günə qədər bir çox ikitərəfli sənədlər imzalanıb. Onlar icra edilir. Bu gün də imzalanacaq sənədlər əməkdaşlığımız üçün yeni imkanlar açacaq. İmzalanacaq sənədlər, o cümlədən Xəzər dənizində birgə işləməyimizi, Astara-Rəşt dəmir yolunun tikintisini nəzərdə tutur və digər sənədlər, əlbəttə ki, ölkələrimizi bir-birinə yaxınlaşdırmaq üçün xüsusi əhəmiyyət daşıyır.
Əsas məsələ ondadır ki, biz səmimi əməkdaşlıq edirik. Bizim aramızda çox sıx əlaqələr var. Dövlətlərarası əlaqələr sağlam zəmində qurulur. Qarşılıqlı inam var və nəticələr də bu amillərin bariz təzahürüdür.
Mən bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Əminəm ki, səfər çox uğurlu olacaq və İran-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni imkanlar açılacaq", - deyə İlham Əliyev bildirib.



İlham Əliyev: "Keçən il əlaqələrimiz üçün çox uğurlu olub"
Azərbaycan lideri İranın yeni seçilmiş Prezidentini təbrik edib
Azərbaycan-İran ikitərəfli münasibətləri sürətlə inkişaf edir və yüksək səviyyəyə qalxıb - Prezident
İlham Əliyev: Azərbaycan-Polşa əlaqələri çoxşaxəlidir
İlham Əliyev: Serbiya bizim dostumuzdur
Azərbaycan və İran prezidentlərinin geniş tərkibdə görüşü oldu
Prezident iranlı həmkarına zəng etdi
İlham Əliyev İranın yeni seçilmiş prezidentini təbrik etdi
Prezident İlham Əliyev iranlı həmkarını təbrik edib
İlham Əliyev Ruhanini təbrik etdi
Əliyev İranın yeni prezidentinə zəng etdi
İlham Əliyev Türkmənistanlı həmkarını təbrik edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 