Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün irimiqyaslı sosial layihələrini, fiziki məhdudiyyətli istedadlı yaradıcı gənclərin teatra inteqrasiyasını uğurla davam etdirməkdədir. ONN media Nazirliyin saytına istinadən xəbər verur ki, bu mənada sağlamlıq imkanları məhdud yuxarı yaş qrupunda həvəskarların cəlb olunduğu “Oyun” adlı teatr və onun qısa zamanda əldə etdiyi nailiyyətlər xüsusi qeyd olunmalıdır. Əlilliyi olan çoxsaylı istedadlı vətəndaşlarımızın müraciətlərinə əsasən təşkil edilən teatrın ilk səhnə işi “Solğun sevgilər” adlanır. Ötən ilin sonlarında premyerası ilə gündəmə gələn və sənətsevərlərin marağına səbəb olan “Oyun”çular çoxsaylı müraciətləri nəzərə alaraq yenidən teatrsevərlərin qarşısına çıxacaqlar. Martın 1-də (saat 19.00) Dövlət Kukla Teatrının böyük zalında tamaşanın ikinci premyerası olacaq. Mədəniyyət Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə teatrın birgə layihəsi olan tamaşa görkəmli dramaturqumuz Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə hazırlanıb. Müəllifin “Solğun çiçəklər” dramına müraciət edən yaradıcı heyət klassik nümunəyə tam fərqli səhnə yozumu verib. Pyesin motivləri əsasında hazırlanan tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Vüqar Camalzadə, xoreoqrafı Elnur İsmayılovdur. Tamaşanın əsas ideyası sədaqət, dürüstlük, dostluq və saf məhəbbətin əbədiyaşarlığıdır. Fiziki əlillikdən çox mənəvi şikəstliyin qüsur olmasına diqqət çəkən səhnə işində baş rollardan savayı bütün obrazları həvəskarlar canlandırırlar. Birhissəli səhnə nümunəsində rolları Xəqani Əliyev, Aysel Əlizadə, Nazlı Əliyeva, Səma Məmmədova, Rəsul Məmmədli, Ceyhun Mahmudov ,Taleh İsmayılov, eləcə də aktyorlar Türkay Cəfərli, Cavid İbrahimov, Ülviyyə Əliyeva, Elnarə Qədimova, Zümrüd Qasımova və Günay Əhməd oynayırlar. Qeyd edək ki, “Oyun” teatrının həvəskarlarına pedaqoq və peşəkar aktyorların iştirakı ilə səhnə danışığı, vokal, xoreoqrafiya dərsləri də tədris olunur.
“Oyun”un “Solğun sevgilər”i yenidən səhnədə



Nazirlik Kukla Teatrında yoxlamalara başladı
Valideynlərin DİQQƏTİNƏ
Kukla Teatrından uşaqlar üçün sevindirici XƏBƏR
Azərbaycan Dövlət Kukla Teatrının noyabr repertuarı
Direktor teatrda baş verənlərlə bağlı açıqlama yaydı
İlham Əliyev sərəncam imzaladı
“Eşqi-Nigar”a ictimai baxış olub
Mədəniyyət naziri Akademik Milli Dram Teatrının yaradıcı heyəti ilə görüşdü
Bu teatrın fəaliyyəti dayana bilər?
Bu şəxslərə ŞAD XƏBƏR - 1,8 milyon manat ayrıldı
14 sentyabr - Naxçıvan Dövlət Kukla Teatrı yaradılıb
14 sentyabr Naxçıvan Dövlət Kukla Teatrı yaradılıb
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 