Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə üç seans tamaşa nümayiş olunacaq.
ONN media xəbər verir ki, teatrdan "Report"a verilən məlumata görə, teatrın heyəti eyni zamanda müxtəlif məkanlarda keçiriləcək tədbirlərdə iştirak edəcək.
Teatrda iyunun 1-də Ə.Orucun “Zınqırovlu pişik” (saat 12:00) və T.Ağayevin “Qoçaq Əhməd” (saat 16:00, rus bölməsi) tamaşaları nümayiş olunacaq. Bundan başqa, teatrın təşkilatçılığı ilə "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin “Müharibədən zərər çəkmiş uşaqlar haqqında filmin çəkilməsi” layihəsi çərçivəsində şəhid, Qarabağ müharibəsi veteranları və əlillərinin övladları üçün ayrıca tədbir-tamaşa (saat 14:00) oynanılacaq.
İyunun 1-də kuklaçılarla yanaşı, teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının balaca aktyor-ifaçıları Park Bulvar AVM-də saat 18:00-da həmyaşıdları qarşısında çıxışlar edəcəklər. “Oyuq”çular iyunun 3-də isə Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Vətən bizə əmanət” adlı tədbirdə zəngin proqramla çıxış edəcəklər.



Nazirlik Kukla Teatrında yoxlamalara başladı
Teatrların yeni il proqramları açıqlandı
Musiqili Teatr həftəsonuna 4 tamaşa hazırlayıb
Valideynlərin DİQQƏTİNƏ
Azərbaycan Dövlət Musiqili Teatrın həftəsonu repertuarı
Pantomima teatrının iyun repertuarı açıqlanıb
"Azdrama" fəaliyyətini dayandırdı
Valideynlərin DİQQƏTİNƏ
“Oyun”un “Solğun sevgilər”i yenidən səhnədə
Bakıda "Uşaq festivalı" keçiriləcək
Azərbaycanda teatr koronavirusa görə tamaşaları DAYANDIRDI
Bu həftə Musiqili Teatrda hansı tamaşalar olacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 