ONN media xəbər verir ki, martın 30-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Şəngülüm, Şüngülüm, Məngülüm” tamaşasının premyerası olacaq.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Mikayıl Müşfiqin məşhur mənzum nağılı bu dəfə müəyyən ixtisarlarla mono-tamaşa olaraq izləyicilərin görüşünə gələcək. Teatrın quruluşçu rejissoru Anar Məmmədovun hazırladığı tamaşada Musiqili Teatrın aktrisası Ülviyyə Əliyeva rol alır. Müəllif materialındakı Şüngülüm obrazının ixtisarı ilə yeni səhnə həyatı yaşayacaq tamaşada aktrisa canlı planda Nağılçı ilə yanaşı, beş kuklanın (Şəngülüm, Məngülüm, Ana keçi, Canavar və Dəmirçi) obrazında tamaşaçı qarşısına çıxacaq. Tamaşanın quruluşçu rəssamı İqbal Əliyev bu səhnə işində bir neçə kukla texnikasının sintezini yaradıb.
Kukla tamaşasının bəstəkarı əməkdar artist Elza Seyidcahandır.



“Oyun”un “Solğun sevgilər”i yenidən səhnədə
Azərbaycan Dövlət Kukla Teatrının noyabr repertuarı
Nazirlik Kukla Teatrında yoxlamalara başladı
Şəki Dövlət Dram Teatrı mövsümü bu tamaşa ilə açdı
Gənc Tamaşaçılar Teatrında yeni tamaşa
Yeni layihə: “Gəlin teatra gedək”
Afaq Bəşirqızından xanımlara 8 Mart hədiyyəsi
Musiqili Teatr bu dəfə Şəkidə çıxış edəcək
“Eşqi-Nigar”a ictimai baxış olub
Vaqif Səmədoğlunun xatirəsi anılacaq
Opera və Balet Teatrında yeni ilin ilk tamaşası keçiriləcək
“Edama məhkumun son günü” nümayiş olunacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 