Koronavirusun (2019-nCoV) yayılmasının qarşısının alınması məqsədilə martın 5-dən Qazaxıstan Xəzər dənizindəki Aktau və Kurık limanlarına xaricdən gələn gəmilərin daxil olmasını dayandırır.
Bununla bağlı Qazaxıstan tərəfi Xəzər dənizində gəmiçilik fəaliyyəti ilə məşğul olan şirkətləri, o cümlədən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni (ASCO) məlumatlandırıb.
QSC-dən verilən məlumata əsasən, sərnişin, sürücü, vaqon bələdçiləri və təkərli texnikaların ölkəyə daxil olması qeyri-müəyyən müddətək təxirə salınıb. Bərələrlə vaqon daşımaları isə həyata keçirilməkdə davam etdiriləcək.
Bununla əlaqədar olaraq, ASCO sərnişinlərin və yük daşımaq istəyən sahibkarların nəzərinə çatdırır ki, bilet satışı dayandırılıb. Məhdudiyyət aradan qaldırıldıqdan sonra bu barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, koronavirusla bağlı ASCO əks-epidemik profilaktik tədbirlər həyata keçirir. Şirkətin balansında olan gəmilərdə, struktur idarələrdə mütəmadi aparılan dezinfeksiya işləri gücləndirilib. Profilaktik tədbirlər çərçivəsində Qazaxıstan və Türkmənistan istiqamətində üzən bərə gəmiləri (13 bərə, 2 Ro-Ro) əlcək, respirator, eynək, kombinezon kimi qoruyucu vasitələr və məsafədən hərarət ölçən cihazlarla təmin olunub.



Qazaxıstan Azərbaycanla bağlı verdiyi qərarda MÜHÜM DƏYŞİKLİK ETDİ
ASCO gəmilərə xəbərdarlıq etdi
Xəzərdə tanker partlayıb? - ASCO-dan AÇIQLAMA
Xəzərdə üzən gəmilərə xəbərdarlıq edildi
Daha bir qurum imtahanları təxirə saldı
Azərbycan gəmiləri Baltik və Şimal dənizlərində
Xəzərdə üzən gəmilərə XƏBƏRDARLIQ
Azərbaycan dənizçisindən dəhşətli əməl - Özünü gəmidən ataraq intihar etdi
ASCO-nun Müşahidə Şurasında dəyişiklik oldu
ASCO gəmilərə xəbərdarlıq etdi
Xəzərdəki gəmilərə xəbərdarlıq göndərildi
Xəzərdə dəhşətli anlar- GƏMİYƏ SU DOLDU
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 