“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid “Qarabağ” gəmisi-bərəsi 28 dekabr saat 19:20-də göyərtəsində 33 vaqon olmaqla Ələt limanından Qazaxıstanın Kurık limanına doğru yola düşüb. 29 dekabrdan gəmi əlverişsiz hava şəraiti ilə əlaqədar Kurık limanına yan alması üçün reyddə lövbərdə dayanıb.
ASCO-dan ONN media -ya verilən məlumata görə, 30 dekabr saat 08:45-də “Qarabağ” gəmisi reyddə lövbərdə dayanan vaxt 3-cü mexanik 1981-ci il təvəllüdlü Zahir Əsgərəli oğlu Məstiyev özünü gəmidən atıb.
Gəmi heyəti tərəfindən dərhal suya xilasedici dairə atılıb və qayıq suya salınıb. Buna baxmayaraq dənizçi xilasedici dairəni tutmayıb.
Gəmi heyət üzvlərinin sözlərinə görə, Zahir Məstiyev səfər zamanı ailəsində problemlərin olduğunu bildirib. O, bununla əlaqədar əvəz olunması üçün müraciət edib. Müraciət əsasında gəminin Bakıya dönüşü zamanı onun əvəz olunması planlaşdırılırdı.
Hadisə ilə bağlı Qazaxıstanın və Azərbaycanın aidiyyəti qurumlarına dərhal məlumat verilib. Hazırda Zahir Məstiyevin axtarışı aparılır.



Qazaxıstan Azərbaycanla bağlı verdiyi qərarda MÜHÜM DƏYŞİKLİK ETDİ
Xəzərdə dəhşətli anlar- GƏMİYƏ SU DOLDU
“Şair Sabir” gəmisi yenidən xarici sulara yola salındı
Ukraynadan daha bir gəmi yola düşdü
ASCO gəmilərə xəbərdarlıq etdi
Narkotik daşıyan İran gəmisi saxlanıldı
Azərbaycanda inşa olunan ilk tanker suya salındı
Çində gəmi qəzası: 12 nəfər itkin düşdü
Bakıdan 24 nəfər gəmi ilə yola salındı
"Prezident Heydər Əliyev" tankeri təmiri başa çatdı
Xəzərdə tanker partlayıb? - ASCO-dan AÇIQLAMA
Bu ölkə Azərbaycanla gediş-gəlişi dayandırdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 