Koronovirusla əlaqədar Qazaxıstanın Xəzər dənizindəki Aktau və Kurık limanlarına bərə daşımalarına martın 5-dən tətbiq edəcəyi məhdudiyyət qərarına dəyişiklik edilib. ONN media xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) məlumat yayıb. Bildirilib ki, bununla bağlı Azərbaycan və Qazaxıstanın aidiyyatı qurumları arasında danışıqlar aparılıb. Danışıqlardan sonra Azərbaycandan bərə gəmilərlə Qazaxıstan istiqamətində vaqonla yanaşı, sərnişin və yük avtomobillərinin daşınmasına da icazə verilib. Minik avtomobillərinin daşınmasına qoyulan qadağa isə qüvvədə qalıb. Bununla belə, İrana aid hər növ avtomobilin, eləcə də İran vətəndaşlarının ASCO gəmiləri ilə Qazaxıstanın Aktau və Kurık limanları istiqamətində daşınmasına yenə də icazə verilməyəcək. Qərarla əlaqədar olaraq, ASCO sərnişinlərin və yük daşımaq istəyən sahibkarların nəzərinə çatdırır ki, bilet satışı bərpa olunub. Bildirilib ki, hazırda ASCO-ya məxsus “Professor Gül” gəmi-bərəsi yükləmə üçün Ələt limanındadır. Yükləmə əməliyyatı və sənədləşmə başa çatdıqdan sonra gəmi Qazaxıstanın Kurık limanı istiqamətinə yola düşəcək.
Qazaxıstan Azərbaycanla bağlı verdiyi qərarda MÜHÜM DƏYŞİKLİK ETDİ



Bu ölkə Azərbaycanla gediş-gəlişi dayandırdı
Azərbaycan dənizçisindən dəhşətli əməl - Özünü gəmidən ataraq intihar etdi
ASCO gəmilərə xəbərdarlıq etdi
Xəzərdə tanker partlayıb? - ASCO-dan AÇIQLAMA
Xəzərdə dəhşətli anlar- GƏMİYƏ SU DOLDU
ASCO-nun Müşahidə Şurasında dəyişiklik oldu
Azərbaycanda bu şəxslərin maaşı artırıldı
Xəzərdə üzən gəmilərə xəbərdarlıq edildi
Nazirlər Kabineti bu müddəanı LƏĞV ETDİ
İlham Əliyev bu şəxslərə vəzifə verdi
Bu yüklərin daşınmasına lisenziya tələb olunmayacaq
Bakıdan 24 nəfər gəmi ilə yola salındı
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı 