Bu aqroparkın kənd təsərrüfatının inkişafına da çox böyük dəstəyi olacaq. Mən maraqlandım, məhsuldarlıq orta məhsuldarlıqdan çoxdur. Ölkə üzrə taxılçılıqda orta məhsuldarlıq 32 sentnerdir, sizdə isə 40-50 sentner məhsul əldə edilir. Bu da çox vacibdir. Çünki bizim əkin sahələrimiz bir qədər məhdud olduğu üçün məhsuldarlığın artırılmasına xüsusi diqqət göstərilməlidir.
ONN media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında müəssisənin kollektivi ilə görüşündə bildirib.
"Sahibkarlar dövlət tərəfindən qayğı ilə əhatə olunub, dövlət öz dəstəyini göstərir. Bu aqroparkın yaradılmasına da dövlət öz maliyyə dəstəyini göstəribdir, ancaq investorların qoyduğu vəsait ondan qat-qat artıqdır. Amma dövlət öz dəstəyini göstərməklə, eyni zamanda, öz siyasi dəstəyini də göstərir. Sahibkarlığın inkişafı bundan sonra ölkəmizin inkişafının əsas şərti olacaq. Çünki dövlət xətti ilə icra edilən əsas infrastruktur layihələri başa çatmaq üzrədir. Ona görə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması - bütün bunlar dövlət siyasətimizin tərkib hissəsidir. İnvestorlar da belə gözəl müəssisələrin yaradılması ilə digər sahibkarlara da yol göstərirlər ki, gəlin, siz də vəsait qoyun. Azərbaycanlı investorlar, ilk növbədə, Azərbaycana vəsait qoymalıdırlar ki, bizdə işlər daha yaxşı getsin. Çünki bizim əhalimiz artır. Biz hər il 100 min artan əhalini gələcəkdə iş yerləri ilə təmin etməliyik. Ona görə iqtisadi inkişaf, sərmayə qoyuluşu demoqrafik inkişafı üstələməlidir. Bu, əsas vəzifədir. Əlbəttə ki, işlə təmin edilən vətəndaşlar yaxşı maaşla təmin olunmalıdırlar, onların iş şəraiti yaxşı olmalıdır. Mən demişəm ki, 8 saatlıq iş günü vardır və heç bir işçini ondan artıq işlətmək olmaz. Eyni zamanda, bütün işçilər gərək rəsmi qaydada maaş alsınlar, kölgə iqtisadiyyatına yol vermək olmaz. Qeyri-rəsmi məşğulluğa yol vermək olmaz. Sizin kimi müəssisələrdə bu faktlar yoxdur və ümumiyyətlə ola da bilməz. Çünki sizin yanaşmanız beynəlxalq yanaşmadır və mən istəyirəm ki, bütün Azərbaycan müəssisələri bu prinsiplər əsasında işləsinlər", - Prezident qeyd edib.



"Təbii ki, dövlət öz dəstəyini göstərməlidir"- İlham Əliyev
Prezidentdən sahibkarlara ŞAD XƏBƏR - Vergi güzəştləri ediləcək
“Bu, xaricə gedən valyutanın qarşısını alacaq” - Prezident
Bunlar rayon rəhbərliyi üçün siqnal olmalıdır - Ölkə başçısı
Prezident: Pambıqçılıqda inkişafla bağlı atılmış bütün addımlar öz səmərəsini verməkdədir
Prezidentdən sahibkarlara çağırış
Prezident: "Növbəli əkin sisteminin tətbiqi taxılçılığın inkişafına da ciddi təkan verəcək"
Bu il Sumqayıtda şüşə istehsalı zavodu fəaliyyətə başlayacaq
Gürcüstan Prezidenti azərbaycanlılarla görüşdü - FOTOLAR
Dövlət başçısı: "Bizim heç bir maliyyə problemimiz yoxdur"
İlham Əliyev icra başçılarının qarşısında ŞƏRT QOYDU - "Əgər..."
İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrə təşəkkürünü bildirdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 