"Növbəli əkin sisteminin tətbiqi taxılçılığın inkişafına da ciddi təkan verəcək".
ONN media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bərdədə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.
Dövlət başçısı bildirib ki, məhsuldarlıqla bağlı bəzi problemlər var və bu problemlər aradan qaldırılmalıdır: "Bu problemlər haqqında bugünkü çıxışlarda da məlumat verildi. Elə etməliyik ki, bütün bu qüsurlar, çatışmazlıqlar ciddi təhlil olunsun və biz bunu edirik. Gələcəkdə bu səhvlərə yol verilməməlidir və bundan sonra Azərbaycanda pambıqçılığın inkişafı yalnız məhsuldarlığın artırılması hesabına təmin edilməlidir. Müsbət təcrübə öyrənilməli və geniş tətbiq edilməlidir. Mənfi təcrübə də ciddi təhlil edilməli və gələcəkdə səhvlərə yol verməmək üçün ciddi tədbirlər görülməlidir. Keçən il orta məhsuldarlıq 15,2 sentnerdir. Əlbəttə ki, bu, bizi qane edə bilməz. Bu, çox aşağı göstəricidir. Baxmayaraq ki, qeyd etdiyim kimi, qısa müddətdə - 2 il ərzində biz pambıq tədarükünü 6 dəfə artıra bilmişik və bu gün 200 min tondan çox pambıq təhvil vermişik, məhsuldarlıq əlbəttə ki, bizi heç cür qane edə bilməz. Əgər biz orta məhsuldarlığı 20 sentner səviyyəsində təmin edə bilsəydik, biz keçən il 270 min ton pambıq götürə bilərdik.
Məndə olan cədvəldə həm yüksək, həm aşağı məhsuldarlıqla seçilən rayonların adları var. Bəzi məlumatları təqdim etmək istərdim. Məhsuldarlığa görə birinci yerdə Tərtər rayonudur - 27 sentner, çox yaxşı göstəricidir. İkinci yerdə Bərdə rayonu - 26,3 sentner. Üçüncü yerdə Biləsuvar - 21,8 sentner, dördüncü yerdə Ağcabədi - 21,5 sentner, beşinci yerdə Ağdam rayonu - 20,6 sentner və ondan sonrakı yerdə Cəlilabad rayonudur - 20 sentner. Bütün başqa rayonlarda məhsuldarlıq 20 sentnerdən aşağı olub - təqribən 18, 15, 13 sentner. Amma elə rayonlar var ki, məhsuldarlıq 10 sentnerdən də aşağı olmuşdur. Mən onların da adlarını çəkmək istəyirəm ki, onlar həm nəticə çıxarsınlar, həm də gələcəkdə öz işlərini daha düzgün qursunlar. Beləliklə, aşağıdan birinci yerdə Neftçala rayonudur - 8,2 sentner. Aşağıdan ikinci Hacıqabul - 8,3, Samux - 8,8, Ucar - 9,3, İmişli - 9,7 sentner. Mən məhsuldarlıq on sentnerdən aşağı olan rayonların adlarını çəkdim. Digər rayonlarda 10 sentnerdən çoxdur. Ancaq bu da əlbəttə ki, bizi heç cür qane edə bilməz. Ona görə bir daha demək istəyirəm, növbəti dövrdə ancaq məhsuldarlığa ciddi diqqət göstərilməlidir və biz çatışmayan bütün məsələləri aradan götürməliyik. Hesab edirəm ki, bu, mümkündür, sadəcə olaraq, işlər düzgün qurulmalıdır. Onu da qeyd etməliyəm ki, biz cəmi üçüncü ildir pambıqçılıqla ciddi məşğuluq".
Prezident əlavə edib ki, indi torpaqların seçilməsi, aqrotexniki tədbirlərin görülməsi, suvarma ilə, gübrələrlə, pestisidlərlə, onların keyfiyyəti ilə bağlı olan problemlər də var:
"Ona görə çox düzgün təhlil aparılmalıdır ki, gələcəkdə bu səhvlərə yol verilməsin. Biz növbəli əkin sistemi tətbiq etməliyik. Bu, eyni zamanda, taxılçılığın inkişafına da ciddi təkan verəcəkdir. Emal müəssisələrinin gücünü artırmalıyıq. Hazırda yeni pambıqtəmizləmə zavodları tikilir. Bu, çox müsbət haldır. Əminəm ki, gələcəkdə pambığın tədarükü daha da artacaq, bizə yeni emal müəssisələri lazım olacaq. Bununla bərabər, bu gün fəaliyyətdə olan pambıqtəmizləmə zavodlarının mütləq əksəriyyəti sovet vaxtından qalan müəssisələrdir. Onlar artıq köhnəlib. Düzdür, fəaliyyət göstərirlər, ancaq lazımi səmərə ilə işləmirlər. Ona görə biz gərək emal sənayesini də tədricən yeniləşdirək. Yeni pambıqtəmizləmə zavodlarının tikintisi, eyni zamanda, keyfiyyətə də, məhsuldarlığa da müsbət təsir göstərəcək".



Bu, çox ciddi təftiş edilməlidir - İlham Əliyev
Pambıqçılıqda bağlı müşavirələr keçirilməyə davam edir
Pambıqçılığa həsr olunmuş iclas keçirilib
Prezident göstəriş verdi- ADAU-DA PAMBIQÇILIQ İXTİSASI YARADILSIN
İşçini bundan artıq işlətmək olmaz- İlham Əliyev
Xeyli iş yeri bağlanacaq: Azərbaycanda durum...
Prezidentdən fermerlərə jest
İlham Əliyev İran-Azərbaycan münasibətlərindən danışdı
Bunlar rayon rəhbərliyi üçün siqnal olmalıdır - Ölkə başçısı
İham Əliyevin sədrliyi ilə Bərdədə respublika müşavirəsi keçirildi - FOTOLAR
Prezidentdən SƏRT TƏLƏB: İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır
İlham Əliyev: Minimum əməkhaqları və pensiyalar ardıcıl olaraq artırılacaq
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 