Nazirlər Kabineti yanında Operativ Qərargahın Məlumatı Koronavirus qlobal pandemiyası ilə əlaqədar qarşılıqlı razılıq əsasında Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müntəzəm sərnişin hava uçuşları və dəmir-yol sərnişin daşıması dayandırılıb. ONN media -ya verilən məlumata görə, vətəndaşların qarşılıqlı şəkildə qəbulu məqsədilə iki ölkənin quru sərhədi boyunca Samur sərhəd-keçid məntəqəsi məhdudlaşdırıcı rejimdə və müəyyən olunmuş qrafik çərçivəsində fəaliyyət göstərir. Azərbaycan və Rusiya arasında sərhəd-keçid məntəqələri vasitəsilə Azərbaycana gəlmək istəyən vətəndaşların müraciətləri daxil olmaqdadır. Azərbaycan və Rusiya Federasiyası arasında əldə olunmuş razılığa əsasən 31 mart 2020-ci il tarixindən etibarən Rusiya Federasiyasından Azərbaycana səfər edən Azərbaycan Respublikası vətəndaşlarının Samur-Yaraq Qazmalar dövlət sərhədinin buraxılış məntəqəsindən müvəqqəti olaraq hər həftənin şənbə günləri müəyyən olunmuş vaxtda keçidi həyata keçiriləcəkdir. Sərhədi keçən vətəndaşlar Azərbaycanda elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq sərhədyanı zonada yaradılmış səhra karantin zonalarında 14-21 və ya 21-28 günlük karantin rejiminə yerləşdirilirlər. Xaricdə olan vətəndaşların Azərbaycana qayıtması müəyyən olunmuş karantin məntəqələrinin qəbuletmə imkanları və ölkə daxilində karantinə alınmış şəxslərin say nisbəti nəzərə alınaraq tənzimlənir. Bütün dünyanı bürüyən qlobal pandemiya şəraitində vətəndaşları təmkin və anlaşıqlıq göstərməyə, ölkədaxili karantin tədbirlərinə dəstək olmaq məqsədilə olduqları ölkələrin müəyyən etdiyi karantin və özünü təcrid qaydalarına riayət etməyə və səfərlərdən çəkinməyə çağırırıq
Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ



Prezidentin köməkçisi sərhəddəki vəziyyətdən danışdı
Rusiyadan Azərbaycana 728 nəfər gətirilib - XİN
Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri müvəqqəti dayandırılır
Azərbaycan-Gürcüstan sərhədi bağlandı
Türkiyədən qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ
İlham Əliyev sərəncam imzaladı
Elçin Quliyev Azərbaycan-Rusiya sərhədində
Rusiyanın İqtisadi inkişaf naziri Azərbaycana gəlir
Gürcüstanla Türkiyə arasında gediş- gəliş dayandırıldı
Azərbaycan-Rusiya sazişi TƏSDİQLƏNDİ
Bu gün Milli Məclis 39 məsələyə baxacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 