Nazirlər Kabineti yanında operativ qərargahın ölkədə mövcud durumla bağlı aldığı qərarları rəhbər tutaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində də iş rejimində əsaslı dəyişikliklər edilib.
Dövlət Agentliyindən ONN media -ya verilən məlumata görə, Agentliyin və tabeliyində olan qurumların ("İnnovasiyalar Mərkəzi", "Elektron Hökumətin İnkişafı Mərkəzi", "ABAD") əməkdaşlarının sağlamlığına olan təhlükənin aradan qaldırılması və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınmaqla “işlərin evdən idarə olunması” (work from home) sisteminin tətbiqi reallaşdırılıb.
Belə ki, Dövlət Agentliyinin daxilində yaradılmış “Böhran qrupu”nun nəzarəti altında "Məişət şəraitində iş rejimi üzrə Təlimat" hazırlanıb və əməkdaşların həmin Təlimatla tanışlığı təmin edilib.Əməkdaşlar evdən işin təmin edilməsi məqsədilə hazırlanmış Təlimatı yerinə yetirməklə iş prosesini əvvəlki qaydada həyata keçirə bilərlər. Koronavirus pandemiyasına qarşı təhlükəsizliyin təmin edilməsi məqsədilə "Google", "Microsoft", "Twitter", "Apple", "Amazon" kimi nəhəng şirkətlərdə də tətbiq olunan bu model böhran şəraitlərində işin effektivliyini təmin edir.



Asan Xidmət mərkəzləri bağlandı
ASAN mərkəzləri xüsusi rejimdə işləyəcək
Bu 5 rayonda “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək
Gəncə sakinlərinə ŞAD XƏBƏR
Toylarla bağlı icazə portalı aktivləşdirildi
Prezident ASAN Xidmətlə bağlı fərman imzaladı
SMS icazə alan və “icaze.e-gov.az”da qeydiyyatdan keçənlərin sayı NƏ QƏDƏRDİR?
Bu rayon və şəhərlərdə “ASAN xidmət” iki gün işləməyəcək
Bu qurum "Asan Xidmət" dən alındı
SMS icazə xidməti ilə bağlı ən çox verilən sualların cavabları
"ASAN xidmət" mərkəzlərində dezinfeksiya işləri aparıldı
“ASAN xidmət”ə yeni səlahiyyət verildi
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək 