Azərbaycanda xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması çərçivəsində 18 may tarixindən yaşayış yerini SMS icazə sistemi ilə, icaze.e-gov.az portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv edilib.
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 5 aprel 2020-ci il tarixindən “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” fəaliyyət göstərib. Sistem Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzı və Daxili İşlər Nazirliyi tərəfindən ərsəyə gətirilib. Bu müddətdə əməkdaşlar üçün icazənin alınması ilə bağlı 72 330 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 924 992 icazə faktiki qüvvədə olub. Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 36 milyon 184 min SMS göndərilib. SMS-lərin 99 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb. “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” bu müddətdə tam dayanıqlı və təhlükəsiz vəziyyətdə fəaliyyət göstərib. Vətəndaşlara sistemdən istifadə qaydaları və yaranan çətinliklərlə əlaqədar “ASAN xidmət"in 9108 Çağrı Mərkəzinə müraciət edilməsi imkanı yaradılıb. Mərkəzin əməkdaşları tərəfindən, ümumilikdə 500 000-dən çox vətəndaş müraciəti qəbul olunub. Sistemin tətbiqi ilə bağlı beynəlxalq maraq da olub. Belə ki, Qazaxıstan müvafiq təcrübə əsasında vətəndaşlarının hərəkəti üçün onlayn qeydiyyat sistemini hazırlayıb. Eyni zamanda, Rusiyanın bir neçə federal subyektinin tətbiq etdiyi bu sistemlə bağlı Türkiyə və Birləşmiş Ərəb Əmirliyi tərəfindən də Dövlət Agentliyinə sorğular göndərilib. Xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, hər kəsi şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq.SMS icazə alan və “icaze.e-gov.az”da qeydiyyatdan keçənlərin sayı NƏ QƏDƏRDİR?



SMS icazə xidməti ilə bağlı ən çox verilən sualların cavabları
Qaydalara zidd olan 170 minədək icazə ləğv olundu - Dövlət Agentliyi
"ASAN xidmət"dən xəbərdarlıq: 100 min icazə ləğv oluna bilər
Bu şəxslərin işə çıxmasına yenidən icazə verildi - RƏSMİ
İcazələr nə vaxta qədər davam edəcək?
Bu şəxslərin icazəsi ilə bağlı yeni qərar
İcazələr yenidən aktivləşdirildi
SMS-lə icazə alanlara vacib xəbər var
SON DƏQİQƏ: Bu şəxslərin küçəyə çıxma icazəsi ləğv edilir
Toylarla bağlı icazə portalı aktivləşdirildi
Azərbaycanda bu şəxslərin küçəyə çıxma icazəsi LƏĞV EDİLİR
Bu gündən rayona gediş-gəliş necə olacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 