İstanbuldan yola salınan 250-yə yaxın azərbaycanlı artıq ölkədədir.
ONN media xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, sonuncu iki avtobus bu gün səhər saatlarında paytaxta çatıb:
"İstanbul-Bakı müntəzəm reysi üzrə hərəkətdə olan sərnişinlərimizin hər biri artıq ölkədədir. İlk iki avtubus ötən gün Bakıya çatıb, gecə saat 02:30-da isə sonuncu sərnişinlərimiz "Qırmızı körpü" sərhəd keçid məntəqəsindən ölkəyə daxil oldular. Sonuncu sərnişinlər də paytaxta çatıblar. Bakıya bir qədər gec çatmalarına səbəb isə həmin şəxslərin hər birinin tibbi müayinədən keçməsi olub. Sərnişinlərin verdiyi məlumata görə, onların heç birində virus aşkarlanmayıb və karantinə alınmayıblar".
Xatırladaq ki, martın 14-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefon danışığı əsnasında koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə ölkələrimiz tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar.
Prezidentlər koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə razılığa gəliblər.
Türkiyədə yaşayan, oxuyan və ya müvəqqəti qalan vətəndaşlarımızın mümkün müraciətlərinə operativ şəkildə cavab vermək üçün Azərbaycan səfirliyi və baş konsulluğunda "qaynar xətt" yaradılıb.
"Qaynar xətt"in nömrəsi: +90537 282 67 40
İstanbuldan yola salınan 250-yə yaxın azərbaycanlı artıq ölkədədir



Zəvvarlar Vətənə qayıdır
Bakı-Naxçıvan avtobuslarının İran ərazisindən hərəkəti...
Bu halda rayonlara gedə bilməyəcəksiniz
Naxçıvandan Bakıya gecə reysləri fəaliyyətə başladı
Gecə marşrutları xəttə buraxıla bilər - RƏSMİ
Bakı-Sumqayıt qatarlarından istifadə edənlərin NƏZƏRİNƏ - Dəyişikliklər olacaq
Şəhərlərarası gecə avtobus reysləri bərpa edilir
Bayram tətilində rayonlara gedənlərə ŞAD XƏBƏR
İlham Əliyev və Ərdoğan Şuşada
Avtobus sürücülərinə müraciət: Sürət həddini aşmayın!
Yeni il gecəsi bu avtobuslar səhərədək işləyəcək
Daha 212 vətəndaşımız TƏXLİYƏ EDİLDİ
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 