Bu gün Milli Məclisin Mədəniyyət komitəsi onlayn sistemlə altıncı çağırışda ilk iclasını keçirib.
ONN media-ya Parlamentin Mətbuat Xidmətindən verilən məlumata görə, komitənin sədri Qənirə Paşayeva ölkədə koronavirusla mübarizə sahəsində görülən işləri yüksək dəyərləndirərək dövlətimizin qaydalarına uyğun olaraq komitənin bu sistemlə keçirilməsi zərurətinin yarandığını vurğulayıb.
İclasda əvvəlcə komitənin 2020-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planı müzakirə olunub. Bildirilib ki, qarşıdakı dövrdə “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında” vacib qanun layihələrinin hazırlanması nəzərdə tutulur. Komitə üzvlərinin sənədlərlə bağlı təklifləri dinlənilib, qanunvericilik işləri planı təsdiq edilib.Sonra “Milli Məclisin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadə qaydaları haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi ilə bağlı məsələyə baxılıb. Bildirilib ki, sənədlərdə təklif olunan dəyişikliklərin məqsədi “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunun icrası ilə əlaqədardır.
İclasın gündəliyinə daxil edilən digər sənədin - “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlara təklif edilən dəyişikliklərin “Reklam haqqında” qanuna uyğunlaşdırma məqsədi ilə aparıldığı qeyd edilib.
Onlayn müzakirələrin sonunda hər iki sənədin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi barədə qərar qəbul edilib.



Milli Məclisin yaz sessiyasında ilk komitə iclası keçirilir
Bu qanun layihələri gələn il müzakirə ediləcək
VII çağırış Milli Məclisin ilk plenar iclası başladı
Milli Məclis payız sessiyasında hansı qanunları müzakirə edəcək?
MM-in payız sessiyası: ilk komitə iclası başladı
Deputatlar toplandı - Səkkiz bəndlik sənəd təsdiqləndi
Milli Məclisdə bu gün 8 məsələ müzakirə ediləcək
Ailə Məcəlləsinə yeni dəyişikliklər təklif olunur
Milli Məclisdə 6 layihə qəbul edilmədi
Hicran Hüseynova deputatları onlayn iclasa topladı
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti onlayn iclası keçirildi
Ali təhsillə bağlı YENİ QANUN OLACAQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 