Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında deputatlar Livan və Suriya ermənilərinin qeyri-qanuni olaraq Dağlıq Qarabağa köçürülməsinin beynəlxalq cinayət olduğunu vurğulayıblar.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, deputatlar buna qarşı hüquqi müstəvidə mübarizə aparmağın, müxtəlif tədbirlərin həyata keçirilməsi vacibliyini qeyd ediblər.
Daha sonra 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı müzakirə olunub.
Komitə sədri Ziyafət Əsgərov məlumat verib ki, qarşıdakı sessiyada digər qanunvericilik aktları ilə yanaşı, “Daxili qoşunlar haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələrinin də plenar iclasa təqdim olunması nəzərdə tutulub.
İclasda səkkiz bənddən ibarət iş planı təsdiqlənib.
Komitə üzvlərinin yekdil qərarı ilə baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclası yekunlaşdıran Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Milli Məclis sədri Sahibə Qafarovanın Rusiyaya səfərindən söz açıb.
O, Rusiya Federal Məclisinin Federasiya Şurasının tribunasından Qarabağın tarixinə dair faktları səsləndirdiyinə, o cümlədən, 1805-ci il Kürəkçay müqaviləsini, 1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosu tərəfindən “Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında” qərar qəbul edildiyini rusiyalı parlamentarilərin diqqətinə çatdırdığına görə Sahibə Qafarovaya dərin minnətdarlığını ifadə edib.
“Bu faktların Rusiya Federasiya Şurasının tribunasından səslənməsi müstəqillik dövrü parlament tariximizdə ilk hadisədir”, - deyə Z.Əsgərov əlavə edib.



Milli Məclisin yaz sessiyasında ilk komitə iclası keçirilir
Hərbi qulluqçularla bağlı VACİB XƏBƏR - Qanuna dəyişiklik edilir
VII çağırış Milli Məclisin ilk plenar iclası başladı
Onlayn komitə iclası keçirildi - Milli Məclisdə BİR İLK
MM-in payız sessiyası: ilk komitə iclası başladı
MM-in komitələrinə sədrlər seçildi - Sürpriz adlar
Milli Məclisin iclası başladı - Deputatlar tibbi maska ilə qatıldılar
Parlamentin iclası başladı
Bu uşaqların təhsil haqqını dövlət ödəyəcək
Azərbaycan daha bir beynəlxalq sənədə qoşulur
MM-də MÜZAKİRƏ: Bunu edənlərin cəzası SƏRTLƏŞDİRİLSİN
Parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 