Aprelin 23-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti onlayn iclası keçirilib. Milli Məclisdən ONN media -ya verilən məlumata görə, komitə sədri Musa Quliyev bildirib ki, gündəlikdə “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə” (birinci oxunuş) bir məsələ var. Komitə üzvlərinə məlumat verilib ki, Azərbaycan Prezidentinin cari ilin 19 martında imzaladığı “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamın 10.2-ci bəndinin icrasıyla əlaqədar Nazirlər Kabineti 4 aprel 2020-ci il tarixdə Tədbirlər Planını təsdiqləyib. “Sosial sığorta haqqında” qanunda aparılan dəyişikliklər bu məsələlərlə əlaqədardır. Belə ki, müzakirəyə təqdim olunan qanun layihəsi bir sıra sahibkarlıq subyektlərinin sosial sığorta yükünün azaldılmasıyla bağlı güzəştləri əhatə edir. Onlayn iclasda qanun layihəsi ətraflı müzakirə olunub. Komitə sədrinin müavini Məlahət İbrahimqızı, komitə üzvləri Vüqar Bayramov, Əziz Ələkbərli, Rauf Əliyev, Jalə Əliyeva, Sevinc Hüseynova, Aqil Məmmədov, İlham Məmmədov, Soltan Məmmədov, Arzu Nağıyev, Ziyad Səmədzadə rəy və təkliflərini bildiriblər. Yekunda “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti onlayn iclası keçirildi



Milli Məclisin komitə iclası keçiriləcək
İşsizlərə birdəfəlik pul veriləcək
Hansı tələbələrin təhsil haqqını dövlət ödəyəcək? - Nazirlikdən AÇIQLAMA
Bu şəxslərə 215 manat pul veriləcək
Nazirlər Kabineti prezidentin sərəncamı ilə bağlı İCLAS KEÇİRDİ
İşsizlərə şad xəbər- 300 manat...
Elman Rüstəmov nazirlikləri topladı - Məzənnə və qiymətlərlə bağlı QƏRAR
Şad xəbər: Elektrik enerjisi ilə bağlı limit artırılır
Ünvanlı sosial yardım alanların NƏZƏRİNƏ
Prezidentdən manatla bağlı VACİB SƏRƏNCAM
Koronavirusla bağlı yaradılan işçi qrupun tərkibi - SİYAHI
Milli Məclisin iclası başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 